“Azərbaycanlıların qurub-yaradan bir xalq olması Qarabağ və Şərqi Zəngəzurda da özünü göstərəcək” - AÇIQLAMA

 
24-06-2022, 13:26            64 dəfə baxılıb
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən ərazilərdə özləri ev tikmək istəyən məcburi köçkünlərlə bağlı məsələ gündəmə gəlib. Bu barədə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov açıqlama verərək bildirib ki,  işğaldan azad edilən ərazilərə qayıdaraq öz evlərini tikmək istəyən şəxslərə Baş plana uyğun olaraq şərait yaradılması nəzərdə tutulur. Emin Hüseynovun bu fikirləri keçmiş məcburi köçkünlər tərəfindən sevinclə qarşılanıb və öz evlərinə tez bir zamanda qayıtmaq ümidlərini daha da artırıb.
Mövzunu KONKRET.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Vətən müharibəsindən sonra qarşıda duran əsas vəzifələrdən biri də Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi məsələsidir: “Bu mənadə keçmiş məcburi köçkünlərin evlərinin bərpası, zəruri infrastrukturun yaradılması və həyat üçün lazım olan şəraitin təşkil edilməsi əsas prioritetlərdəndir. Artıq müharibənin bitməsindən iki ilə yaxın müddət keçib. Bu dövr ərzində məhz məcburi köçkünlərin elmi əsaslara və beynəlxalq təcrübəyə uyğun şəkildə öz dogma yurd-yuvalarına qaytarılması prosesi icra olunur. Xüsusilə qeyd etmək lazımdır ki, keçmiş məcburi köçkünlər arasında aparılan sosioloji sorğular zamanı insanların bir neçı qrupa bölündüyü müşahidə edilib. Belə ki, bəzi insanlar orada  hazır evlərin inşa olunmasını istəyir, digərləri torpaq sahələrinin ayrılması və özləri tərəfindən evlərinin tikilməsi təşəbbüsü ilə çıxış edir. Bir çox insanlar isə o ərazilərdə fəaliyyət imkanlarının genişləndirilməsinə və öz ixtisaslarına uyğun işlə təmin olunmalarına tərəfdardır. Amma keçmiş məcburi köçkünlərə öz evlərini bərpa etməyə dövlətin şərait yaratması xüsusi diqqət çəkir. Bu şəxslərə dövlətin himayəsi, qayğısı və diqqəti hiss olunmalıdır. Düşünürəm ki bu məsələlər çox qısa zamanda öz həllini tapacaq. Çünki bölgə Prezident tərəfindən “yaşıl enerji” zonası elan olunub”.


İlyas Hüseynov: Paşinyanın deyə bilmədiyini Tatoyanın söyləməsi digər  qüvvələrin istəyi kimi sezilir FOTO - "İki sahil"
Politoloq əlavə edib ki, Azərbaycan xalqının qurub-yaradan bir xalq olması Qarabağ və Şərqi Zəngəzurda da özünü göstərəcək: “Biz dövlətimizlə birlikdə o əraziləri dünyanın ən inkişaf edən iqtisadi zonalarına çevirə bilərik. Bunun üçün tarixi fürsət yaranıb. Azərbaycan xalqı bu istiqamətdə də özünü dünyaya müsbət mənada nümayiş etdirə bilər. Vətən müharibəsində nümayiş etdirilən birliyi, işğaldan azad olunan və daşı-daş üstə qalmayan torpaqlarımızı qurub-yaratmaqla da göstərmək mümkündür. Təbii ki, bütün bu proseslər dövlətin dəstəyi və nəzarəti fonunda həyata keçirilməlidir”.
Müşviq Tofiqoğlu,



Xəbəri paylaş


 
 


Xəbər lenti