Nazirdən həbs edilən direktorun yerinə TƏYİNAT –FOTO

 
22-05-2024, 12:07            122 dəfə baxılıb
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə direktor təyin edilib. 
Əyalətmedia.az  xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrə əsasən, Fəzail Sadıqov Respublika Narkoloji Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. O, bu təyinatadək Bakı Şəhər Narkoloji Dispanserində çalışıb. 

Xatırladaq ki, Respublika Narkoloji Mərkəzinin sabiq direktoru Elşən Mustafayev 2024-cü ilin mart ayında barəsindəki korrupsiya faktlarına görə həbs olunub. 



Xəbəri paylaş


 
 


Xəbər lenti