Gəncə MKTİB 950 min manatlıq müqavilə bağladığı şirkəti niyə məhkəməyə verib?
4-06-2024, 11:20 127 dəfə baxılıb
Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) “Baku Building” MMC-ni məhkəməyə verib. Valyuta.az xəbər verir ki, MKTİB-nin iddiasına Gəncə Kommersiya Məhkəməsində baxılacaq.
İş hakim Gülnaz Quliyevanın icraatındadır.
İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Ötən il “Baku Building” MMC Gəncə MKTİB-nin elan etdiyi tenderin qalibi seçilib. Tender qurumun balansında olan binalarda əsaslı təmir işlərinin satın alınması ilə bağlı keçirilib. Tərəflər arasında satınalma müqaviləsi imzalanıb. Müqavilənin maliyyə dəyəri 950 041,83 manatdır.
Ehtimal olunur ki, MKTİB ilə şirkət arasındakı məhkəmə çəkişməsi bu məsələ ilə bağlıdır.

Xəbəri paylaş