Özəl klinikadakı özbaşınalıq barədə AÇIQLAMA
4-06-2024, 12:22 174 dəfə baxılıb
Aprelin 31-də Baku TV-nin əməkdaşı "Zəfər" adlı özəl klinikanın Bakı Beynəlxalq Avtovağzal Kompleksində olan məntəqəsində ödəniş edərək narkoloji testdən keçənlərə qəbzin verilməməsi ilə bağlı araşdırma aparıb. Eyni hal elə onun özü ilə də təkrarlanıb. Lakin qəbzin verilməməsinin səbəbi izah olunmayıb.
Məsələ ilə bağlı klinikadan bildirilib ki, qəbzin verilməməsinə səbəb nəzarət-kassa aparatının işləməməsi olub.
Bəs bu cür hallar hüquqi baxımdan necə tənzimlənməlidir?
Ekspert Mehdi Babayev qeyd edib ki, müştəri ödənişin qəbzini nəzarət-kassa aparatı təmir olunub yenidən quraşdırıldıqdan sonra klinikadan tələb edə bilər.
"Lakin müddət 36 saatdan çox çəkməməlidir. Bu müddət keçilərsə, müvəqqəti nəzarət-kassa aparatı quraşdırılmalıdır. Bu da həyata keçirilmədiyi təqdirdə, burada sui-istifadə halı ola bilər", - deyə o əlavə edib.

Xəbəri paylaş