Mətbuat Şurasını şantaj edən məmur KİMDİR? - BƏYANAT
7-06-2024, 13:27 74 dəfə baxılıb
“Bəzi məmurlar, dövlət qurumlarının rəsmiləri elə bilir ki, Mətbuat Şurası cəza maşınıdır. O qafayla da durub bizə şikayətlər göndərirlər...”
Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib.
Onun sözlərinə görə, bəzən vəzifəli şəxslər şuraya təhdid və şantaj məktubları belə göndərirlər:
“Baxırsan, bir şikayət məktubunu doğru-düzgün tərtib edə bilmir, hətta hara müraciət edəcəklərini belə müəyyənləşdirməkdə çətinlik çəkir, amma tənqidçi mediadan narazıdırlar. Göydən zənbillə müxtəlif yüksək vəzifələrə düşmüş bu adamlar anlamır və ya anlamaq istəmir ki, mətbuatın işi elə tənqid etmək, əyər-əskiyi üzə çıxarmaqdır. Yəni əgər mətbuat sizi tənqid edirsə, əvvəlcə dönüb özünüzə baxın. Görün nəyi düz etmirsiniz? Yoxsa götürüb bəzən təhdidlə, bəzən də şantajla dolu şikayət yazır, hələ bizdən hansısa medianı susdurmağı istəyirsiniz. Etməyin.
Biz Mətbuat Şurasında ona görə təmsil olunmuruq ki, jurnalistləri susduraq. Bizim işimiz mediadan narazı olanların narazılığını araşdırmaq, haqlı olduğu təqdirdə yanlışları məhkəmədənkənar yolla düzəltməyə yardımçı olmaqdır. Yəni kimsə düşünməsin ki, bizim əlimizlə hansısa medianı susdurmaq imkanı var. Yoxdur, olmayıb, olan da deyil”.

Xəbəri paylaş