Deputat Sumqayıtda sahibkarların ölkə başçısına şikayət etməsindən danışdı
10-06-2024, 13:42 63 dəfə baxılıb
Xəbər verdiyimiz kimi, bir qrup iş adamı Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Zakir Fərəcov və qurumun Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyevin onlara 2 milyon 900 min manatlıq borcu qaytarmamaları ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.
Məsələyə münasibət bildirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Pravda.az-a açıqlamasında deyib ki, sözügedən şikayətin əsası olmalıdır.
“Sahibkarların incidilməsi, onlara qarşı kobudluq, müəyyən maneələr yaradılması əsaslı faktlarla sübut olunmalıdır. İndi çoxları deputatların da ünvanına deyirlər ki, deputatlar kobudluq edir, insanlarla vaxtında görüşmürlər. Hamı haqqında belə deyirlər. Hamısı hüquqi qaydada əsaslandırılmalıdır. Sumqayıtın icra başçısı Zakir Fərəcov Sumqayıtın tikilib-qurulmasında, müasirləşdirilməsində çox böyük zəhmət sərf edib. Sözsüz ki, bu prosesdə sahibkarlar da iştirak ediblər, onların da xidmətləri olub, məvacib qazanıblar. Borcla bağlı faktlar varsa, sahibkarın haqqıdır ki, müvafiq orqanlara müraciət etsinlər. Bakının özündə "Sovetski"də köhnə binaları söküb gözəl park yaradanda icra başçısı barədə min söz dedilər. İndi gedək baxaq, köhnə "Sovetski" deyilən ərazi cənnətə oxşayır. Hansı sahibkarın obyekti yerində düşməyibsə, çox primitiv tikibsə, müəyyən qaydaları pozubsa, ondan qanun tələb ediləndə deyirlər ki, sahibkarlar incidilir. Mən kiminsə tərəfini saxlamaq fikrində deyiləm. Amma dövlətin qayda-qanunları var. Bu gün ölkə rəhbəri sahibkarların inkişafına çox böyük diqqət və qayğı göstərir. Onlara müəyyən imtiyazlar verilib, əlavə maliyyə vəsaitləri ayrılır. Hər birimiz sahibkarlığa dəstək verməliyik, ancaq qanunun tələblərini yerinə yetirməyən sahibkarlar haqqında da tədbirlərin görülməsi vacibdir. Kiminsə əməkhaqqını kəsir, incidirlərsə, sözsüz ki, o sahibkarlar da intizama dəvət olunmalıdır”, - sədr bildirib.

Xəbəri paylaş