Antonio Quterreş: COP29-da iqlim sahəsi istiqamətində ədalətli qərarların verilməsi üçün ciddi tədbirlər görülməlidir

 
28-06-2024, 11:11            81 dəfə baxılıb
Noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) inkişaf etməkdə olan ölkələrin maraqları nəzərə alınmaqla iqlim sahəsi istiqamətində ədalətli qərarların verilməsi üçün ciddi tədbirlər görülməlidir.
Bunu BMT-nin Baş katibi Antonio Quterreş TASS-a müsahibəsində deyib.
Onun sözlərinə görə, alimlər ilk dəfədir ki, yaxın bir neçə il ərzində qlobal istiləşmənin 1,5 dərəcədən çox olacağını müşahidə ediləcəyini söyləyiblər: “Amma bu o demək deyil ki, bu istiqamətdə dəyişikliyə nail ola bilmərik”.
O, insanlığın tarixin çox dramatik anında olduğunu bildirib:
“Mən bu konfransda bəzi ciddi tədbirlərin görülməsini istərdim. Lakin bundan çox əziyyət çəkən inkişaf etməkdə olan ölkələrin maraqları nəzərə alınmaqla iqlim sahəsi istiqamətində ədalətli qərarların verilməsi üçün ciddi tədbirlər görülməlidir. Bu, həm dəniz səviyyəsinin yüksəlməsinin təsir göstərdiyi kiçik adalara, həm də quraqlığın əhaliyə dağıdıcı təsir göstərdiyi Afrika ölkələrinə aiddir”.
A.Quterreş qeyd edib ki, inkişaf etmiş ölkələr öhdəliklər götürməli və iqlim dəyişikliyinin təzyiqi altındakı inkişaf etməkdə olan dövlətlərin üzləşdiyi problemlərin həllinə daha səmərəli töhfə verməlidirlər.



Xəbəri paylaş


 
 


Xəbər lenti