Həbsin kandarından qayıdan Quliyev necə mühüm posta gətirildi... - ŞÜBHƏLİ TƏYİNAT... ŞÜBHƏLİ "ETİMAD"...

 
28-06-2024, 11:16            147 dəfə baxılıb
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevə yeni vəzifə verilib. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilib. Onu da bildirək ki, 20 ilə yaxın Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini olan Zakir Quliyev haqqında mediada ilginc iddialar yer alıb.

Ölkə mətbuatında yer alan məlumatlara əsasən cumhuriyyet.az bildirir ki, Zakir Quliyevə məxsus Bəciravan kəndi ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanasına Elçin adlı qardaşı rəhbərlik edir. Elçin isə gündəlik fəaliyyətə nəzarət məqsədilə Sabirabaddan gətirdiyi Kamranı karyerə rəhbər təyin edib. Bütün bu məlumatlara onu da əlavə edək ki, Elçin Quliyevin Fətullahçı şəbəkəyə aid olması haqda da söz-söhbət dolaşır. Elçin Quliyevin 2015-ci il parlament seçkilərində nurçu şəbəkənin namizədi olduğunu ən müxtəliv detallarda öz əksini tapıb. Məsələn, YAP- ın siyahısı elan olunmasından bir gün sonra Ceyhun Osmanlı respublika kütləvi informasiya vasitələrində bəyanat verərək Elçin Quliyevi dəstəklədi, onun ziyalı ailədən çıxdığını xüsusi qeyd elədi. Həmçinin Ceyhun Osmanlı deputat olduğu vaxtlarda rayona bir qayda olaraq “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini, əslən sabirabadlı olan Zakir Quliyevin xidməti avtomobilində, çox vaxt da onunla birlikdə gəlib getdiyini Sabirabadda hamı yaxşı bilir. Ceyhun Osmanlı rayonda qaldığı zaman da, onların evində qalırdı. Başqa bir nümunə, Feysbukda Elçin Quliyevin əsas təbliğatçılarından biri Nadir Peyman adlı şəxs olob. Bu həmin Nadir Peymandır Sabirabadda nurçu şəbəkənin maddi qaynaqlarından olan marketin sahibidir. Həmin marketin nurçulara məxsus olduğu Sabirabadda Ceyhuh Osmanlı peyda olmamışdan xeyli əvvəl danışılırdı.

Bundan başqa cumhuriyyet.az olaraq Zakir Quliyevə bağlı mediada yer almış başqa bir məlumat da diqqətimizi cəlb etdi: “Bütün ölülərə allahın rəməti olsun. Sabirabadda hamı bilir ki, Quliyev Zakir və Elçin qardaşlarının atası Bəybala Quliyev hələ Heydər Əliyevin birinci hakimiyyəti dövründə korrupsiyaya görə 15 il cəza almış, bunun 12 ilini həbsdə yatmış bir şəxsdir. Onu da, hamı bilir ki, Bəybala Quliyev həbsdən çıxdıqdan sonra neçə ağır maddi durumda idi. Onun dəfnin məclislərini də “Biyan” Qədir təşkil eləmişdi və indiki Elçin Quliyev sonralar rayon vergi idarəsinin rəisi işləyərkən həmin biyan Qədiri ilişdirib müflis elətdirdi”.

Yeri gəlmişkən, rayonda əhalinin pullarını talan edən, əkin sahələrini onminlərlə baş heyvanlarının otlaq sahələrinə çevirən, bütün qohumlarını vəzifəyə yerləşdirən Quliyevlər ailəsi haqqında mediada yer alan iddialara istinadən cumhuriyyet.az-a daxil olan məlumatları diqqətinizə çatdıraq:

– Ən böyük vəzifəli Quliyev Zakirdir. O, Su Meliorasiya Cəmiyyətində sədrin, yəni Əhməd Əhmədzadənin müavini vəzifəsində işləyir. Bu yaxınlarda Sabirabaddan daxil olan məlumatlarda deyilirdi ki, Zakir Quliyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından istifadə edərək Zəngənə kəndi yaxınlığında böyük bir balıq vətəgəsi yaradır. Və əhali arasında Quliyevlər iddia edirlər ki, bu vətəgə Kəmaləddin Heydərovundur.

– Elçin Quliyevin digər bir qardaşı Namiq Quliyev «Kapitalbank»ın Şirvan şəhər filialının rəhbəridir. Uzun müddət Sabirabad rayonunda «SənayeBank»ın rəhbəri vəzifəsində işləyən və son 5 ilə qədər işsiz qalan Namiq Quliyevi təbii ki, qardaşının hesabına banka rəhbər təyin ediblər. Əslində, Şirvan və Sabirabad rayonlarındakı «Kapitalbank»lar Zakir Quliyev tərəfindən idarə olunur.

– Zakir Quliyev komitə sədrinin müavini vəzifəsinə təyin ediləndən sonra köhnə iş yerini də əldən buraxmayıb. O, Su Meliorasiya Cəmiyyətinin Aran zonası üzrə idarəsinə bibisi oğlu Elman Nuriyevi təyin edib. Qeyd edək ki, Zakir Quliyev uzun müddət bu idarədə rəhbər vəzifədə işləyib.

– Quliyevlərin əmisi oğlu Şamil Qasımov artıq ikinci bələdiyyə seçkiləridir ki Sabirabad Şəhər Bələdiyyəsinin sədri təyin olunur.

– Elçin Quliyevin xalası oğlu Zamin Sabirabad rayon sığorta idarəsinin rəisi, dayıları Fazil Qasımov pambıq zavodunun müdiri, Murtuza Qasımov Cavad kənd bələdiyyəsinin sədri, Şamil Qasımovun oğlu Sabirabad rayon polis idarəsində pasport qeydiyyatı idarəsinin rəisi vəzifəsində işləyir.









Xəbəri paylaş


 
 


Xəbər lenti