Məgər ölkə başçısının tövsiyyələri Elçin Zülfüqarova çatmırmı? - ÖZBAŞINALIQ!

 
28-06-2024, 11:18            137 dəfə baxılıb
Salyan rayonu, Kərimbəyli kənd sakini, Xəlilov Elxan Gülağa oğlu və Ə. Əmirov adına NQÇİ-nin 3 Saylı NQÇS- nin Qalmas ərazisinin 30 neftçisi adından ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Dia-az.İnfo həmin müraciəti təqdim edir:

"Biz Azərbaycan neftçiləri hər zaman əziyyətli və şərəfli peşənin öhdəsindən layiqincə gəlmişik.Hörmətli dövlət başçısı İlham Əliyev cənabları neftçi əməyini hər zaman diqqət mərkəzində saxlamış, neftçi peşəsinin nə qədər əziyyətli və əhəmiyyətli olduğunu vur-ğulamışdır.
Hal hazırda biz neftçilər çıxılmaz vəziyyətdə qalmışıq.Yeganə çıxış yolunu Sizə müraciət etməkdə gördük.Müraciətimiz bundan ibarətdir ki,biz neftçilər üçün mühüm əhəmiyyət kəsb edən Ələt-Astara avtomagistral yolunun alternativ yolu hesab olunan Xıdırlı yolunun 14-cü kilometri əsassız olaraq bağlanmışdır.Yolun dəmir yolunu keçən hissəsi “ADY” QSC tərəfindən dağıdılıb, qarşısına iri bəndlər qoyulub. Bu üzdən böyük çətinliklərlə üzləşmişik.Çünki bu yolun bağlanması, bizim gündəlik iş rejimimizə bilavasitə təsir göstərib.
İşə vaxtında gedib çıxa bilmirik.Əziyyət çəkirirk.Hətta texnika vasitəsi ilə neft-qaz quyularımıza yaxın düşə bilmirik..
Əvvəllər bu yol vasitəsilə işə vaxtında çatmaq olurdusa, hazırda 40-50 kim əlavə yol qət edərək iş yerimizə getmək məcburiyyətində qalmışıq. Bu yol 60 ildən çoxdur ki, mühüm dövlət əhəmiyyətinə malikdir.Bizdən öncədən atalarımız-babalarımız bu yoldan
istifadə edib.Yerli sakinlər bu yol vasitəsilə dünyadan köçmüş əzizlərinin ziyarətinə gedib-gəlirlər.Bu yol eləcə də yerli əhalinin əsas məşğuliyyəti hesab olunan əkin-biçinə aparan yeganə yoludur.Bu ərazidə vətəndaşların pay torpaqları yerləşir,intensiv şəkildə istifadə olunan yoldur.Bu yolu bağlayan hər hansı məmur görəsən vicdan rahatlığı tapırmı?
Belə bir məlumat əldə etmişik ki,sözügedən yolun qapadılması, bir vaxtlar Dövlət Neft Şirkətində Nəqliyyat İdarəsinin rəisi vəzifəsində işləmiş Elçin Zülfüqarovun şəxsi tapşırığı ilə həyata keçirilib.Halbuki biz neftçilər neçə illərdir ki, bu yolla işə gedib-gəlmişik. Elçin Zülfüqarov SOCAR-dan kənarlaşdırılıqdan sonra “ADY” QSC-də İnfrast-ruktur Departamentinin rəhbəri vəzifəsinə təyin edilib.Təbi ki, o vaxtdan bəri bu şəxsdə qıcıq yarandığı üçün əlinə fürsət keçmiş və biz neftçilərin intensiv şəkildə istifadə etdiyi yolun bağlanılması əmrini vermişdir.Niyə və nə səbəbə? Məgər ölkə başçısının etdiyi tövsiyyələr Elçin Zülfüqarova çatmırmı? Bu şəxs niyə bizim həyatımıza, işimizə bilava-sitə müdaxilə edir? Bu necə olan işdir? Ümumilyyətlə bu nə deməkdir? Cənab prezidentimiz hər bir şəhər, rayon və qəsəbələrdə uğurlu infrastruktur layihələrə imza atır, vətən-daşların rahatlığı üçün dövlət proqramları yaradır, böyük vəsaitlər məsrəf olunur.Bu yola külli miqdarda dövlət vəsaitləri xərclənib, dəmir yolu nişanları qurulub.Bütün qanuni tələblərə cavab verir.Lakin Elçin Zülfüqarov şəxsi intriqa zəminində bu yolu qapadır..! Sizcə buna nə ad vermək olar?!!
Biz neftçilər Sizdən dönə-dönə xahiş edirik.Bizim problemimizi həll edin.Məsələnin həl-lində bizə yardımçı olun.Bizə böyük əngəllər yaradan bu yol yenidən açılaraq bərpa olunsun.Bu hal nəinki biz neftçilərin, hətta bütün yerli sakinlərin böyük sevincinə səbəb olacaqdır.
Hörmət və ehtiramla: Elxan Xəlilov. İlhamsevər Fəal vətəndaş.
Salyan rayonu, Kərimbəyli kəndi. 27.2024-cü il. Əlaqə nömrəsi: 050 292 05 55.
1 Xəlilov Elxan Gülağa oğlu
2 Müslümov Nicat Məhərrəm oğlu
3 Bədirov Rəvan Mölağa oğlu
4 Quliyev İlham Muğbil oğlu
5 Xankişiyev Aydın Əlövsət oğlu
6 Qafarov Ramiz Bayram oğlu
7 Ədilov Natiq Əzizağa oğlu
8 Muradov Pirverdi Şirinbala oğlu
9 Rəhimov Aqil Əlibəy oğlu
10 Bayramov Sədulla Şahbala oğlu
11 Alxanov Həsənxan Əlifağa oğlu
12 Bayramov Samir Sabir oğlu
13 Rəhimov Namiq Əvəz oğlu
14 Əliyev Əlibala Sərxan oğlu
15 Əsədov İntiqam Əsəd oğlu
16 Sadıqov Telman Ağaəli oğlu
17 İsmayılov Nəzər Nadir oğlu
18 Əsədov Fəxrəddin Səfixan oğlu
19 Baxışov22 Zərbəliyev Eldəniz Tapdıq oğlu
23 Zülfüqarov Nizam Balaşirin oğlu
24 Əlicanov Nəsir Əlican oğlu
25 Əsədov İntiqam Əsəd oğlu
26 Məmmədov Şahbala Gülmirzə oğlu
27 Bədəlov Əfsərağa Səməd oğlu
28 Ağayev Mütəllim Seyfulla oğlu
29 Şirəliyev Aləm Adəm oğlu
30 Teymurov Təbib İnsaf oğlu
31 Möhlətov Azər Səadət oğlu"

Məgər ölkə başçısının tövsiyyələri Elçin Zülfüqarova çatmırmı?
Məgər ölkə başçısının tövsiyyələri Elçin Zülfüqarova çatmırmı?






Xəbəri paylaş


 
 


Xəbər lenti