Şikayətçini axtarmayın, problemi HƏLL EDİN! - ÇAĞIRIŞ

 
5-07-2024, 11:36            96 dəfə baxılıb
"Neft Daşlarında bəzi yataqxanalardakı hamam otaqları yalnız isti su ilə (əks Osmos qurğusu vasitəsilə) təmin olunur... İşçilərin işdən sonra qaynar su ilə yuyunması isə müəyyən çətinlik yaradır..." Dia-az.İnfo xəbər verir ki, bunu öz müraciətində Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qeyd edib.

"Azneft" İstehsalat Birliyinin sahə üzrə məsul şəxslərinə xitabən ünvanlanan müraciətdə Mirvari Qəhrəmanlı daha sonra bunları deyd edib:

"Bir müddət əvvəl Neft Daşlarında su çəni dənizə düşmüşdü.

Hamam otağının soyuq su ilə təmin olunmaması bununla əlaqədar deyil ki?"

Daha sonra qaldırdığı problemə diqqqət yönəldən hüquq müdafiəçisi "Azneft" rəhbərliyinə xitabən onları problemi həll etmək əvəzinə şikayətçini axtarıb cəzalandırmaqdan çəkinməyə də çağırıb. O bildirib: "Xahiş edirəm, yenə də şikayəti yazanı yox, problemi və səbəbi araşdırın..."





Xəbəri paylaş


 
 


Xəbər lenti