Hüquq müdafiəçisi: “Məzahir Pənahov 70 yaşlı qohumunu dairə sədri qoyub”

 
10-07-2024, 12:09            112 dəfə baxılıb
Mərkəzi Seçki Komissiyasının (sədri hörmətli Məzahir Pənahov qohumu, keçmiş yol polisi işçisi, 70 yaşlı Firudin Mirzəyevi 32 saylı Suraxanı 3-cü Seçki Dairəsinin sədri qoyub.
Bunu həmin dairədən namizədliyini elan edən hüquq müdafiəçisi Fikrət Cəfərli deyib.
Cəfərli bildirib ki, Firudin Mirzəyevin seçkidən anlayışı yoxdur və bu da dairədə ciddi problem yaradır.
“Arqument.az” MSK-dan və Firudin Mirzəyevdən münasibət öyrənə bilməyib.
Prezident İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı iyunun 28-də sərəncam imzalayıb.
Azərbaycanda sonuncu parlament seçkisi 2020-ci ilin fevralında olub.



Xəbəri paylaş


 
 


Xəbər lenti