“Ege Hospital” və iki həkimi ilə bağlı nə qərar veriləcək?

 
10-07-2024, 13:55            210 dəfə baxılıb
“Ege Hospital” və klinikanın tanınmış zob həkimi Fuad Əliyevə qarşı irəli sürülmüş ittiham üzrə iş davam edir.
Tribunainfo.az xəbər verir ki, sözügedən klinika və iki həkimi ilə bağlı iddianı Abbasov Əbülfət Əsgər oğlu qaldırıb. Məhkəmədə cavabdeh qismində “Ege Hospital”, klinikanın zob həkimi Fuad Əliyev, qulaq-burun-boğaz və baş-boyun cərrahı Araz Əliyev iştirak edirlər.
İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisədir.İddiaçı klinika və həkimlərin ona vurduğu maddi və mənəvi zərəri ödəməsini tələb edir.
Nərimanov Rayon Məhkəməsində baxılan işlə bağlı 8 avqust tarixində növbəti proses keçiriləcək. İş hakim Solmaz Ədilovanın icraatındadır.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.






Xəbəri paylaş


 
 


Xəbər lenti