Bir vaxt tələbəyə “şamtutan” deyən Nərmin Qaralova ilə bağlı dövlət başçısına növbəti dəfə müraciət edildi
11-07-2024, 11:55 145 dəfə baxılıb
Bir qrup Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecin müəllimləri ölkə rəhbərinə müraciət ünvanlayıblar.
Müraciətin mətnində deyilir:
“Biz bu müraciəti ona görə edirik ki, kollecin direktoru qeyri-qanuni attestasiya edərək müəllimləri ixtisarla hədələyir. Kollec publik hüquqi şəxs olduguna görə müvafiq nizamnamə əsasında fəaliyyət göstərir. Nizamnamənin 8.1-ci maddəsində bu səlahiyyətin, yəni kollecin ləğvi və yenidən təşkili məsələsinin Nazirlər Kabinetinə aid olduğu göstərilir.
Təhsil Nazirliyindən icazəsi oldugunu bildirən kollec direktoru rəsmi müraciət etsək də, heç bir qanuni sənəd göstərmədi. 10 may 2024-cü ildə keçirdiyi Pedaqoji Şuranı heç bir səsverməyə qoymadan saxtalaşdırıb, daxili əmr verib. Bundan əlavə, öz çirkli əməllərinə alət elədiyi bir qrup muəllimləri müxtəlif bəhanələrlə imtahana daxil etmir və bununla da Konstitusiyanın 25-ci maddəsinin tələblərini pozur.
Tədris işləri üzrə müavini Kamran Mənsimov isə ona havadarlıq edərək saxta qanunsuz attestasiyanın keçirilməsi üçün təqdimat hazırlayıb. Bir sözlə, Nərmin Qaralova kolleci öz qanunları ilə idarə edir, korrupsiya baş alıb gedir.
Nəzərinizə çatdıraq ki, imtahanda azyaşlı qız uşağına publik şəkildə “şamtutan” deyən, “şamtutan” ləqəbi ilə vaxtilə gündəmə gəlmiş bu direktor öz qanunsuz əməllərini hələ də davam etdirir.
67 müəllimi qeyri-qanuni ixtisar etdikdən sonra onların yerinə rüşvətlə yeni kadrlar götürüb. Sual veririk ki, əgər kollecdə kadr sayı çoxdursa, niyə yeni işçilər götürür? Belə çıxır ki, Nərmin Qaralova tutduğu vəzifəsindən sui- istifadə edərək öz şəxsi maraqlarını təmin etməklə məşğuldur.
Onu da qeyd edim ki, Nərmin Qaralova saxta attestasiya üçün verdiyi əmrə hər bir müəllimə məcburi qol çəkdirir və imzalamayan müəllimləri isə aktlaşdırb Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələbləri ilə hədələyir ki, əmək kitabçanızı ömürlük korlayacağam və siz heç bir yerdə işlə təmin oluna bilməyəcəksiniz. Bu yolla müəllimləri şantaj edir. “Kim hara müraciət edirsə etsin, mən heç kimdən qorxmuram” – deyir.
Deyir ki, 2021-ci ildə 67 müəllimi ixtisar edəndə Prezidentə müraciət etdiniz, nə oldu? Mən yenə də işimdəyəm, mənə heç nə edə bilməzsiniz, mənim soyadım bu dövlətdə öz sözünü deyib, siz kim, mən ki.
Nəzərinizə çatdıraq ki, Nərmin Qaralova dövlətin müəssisəsini dekabr ayından öz şəxsi mülkiyyətinə çevirmiş və kollecin idman zalını cudoistlərə icarəyə vermişdir. Qaralova deyəsən şəxsi əmlakı ilə dövlətin mülkiyyətini səhv salıb. Elm və Təhsil Nazirliyi niyə Qaralovanın bu özbaşınalığına həmişəki kimi göz yumur? Üzümüzü 44 günlük müharibənin sərkərdəsi olan ölkə rəhbərinə tutub ondan kömək istəyirik. Bu harınlamış Qaralovanın ciddi cəzalanmasını, ümumiyyətlə istefasını tələb edirik.
Qeyd edək ki, 2021-ci ildən Nərmin Qaralova təyin olunan vaxtdan dövlətin müəllimlər üçün ayırdığı premiyaları mənimsəyir. Ancaq özünün təyin etdiyi müavinlərinə, şöbə müdirlərinə yüksək premiyalar yazır.
Ölkə rəhbərinə üzümüzü tutub səslənirik ki, bu qədər maliyyə pozuntusu olan Humanitar Kollecə maliyyə yoxlaması göndərilsin, həm kadrlar, həm də mühasibatlıq yoxlanılsın.
İnsan resurslarında apraşdırma aparılsın ki, yer yoxdur deyə ixtisar aparır, sonra isə gündə bir işçi götürür. Tələbəyə qiymət yazdıqda isə deyirlər ki, niyə qiymət yazırsınız, qoyun kəsilsinlər. Kəsilsinlər ki, mühasibatlığa 25 faizdən pul ödəsinlər. Bu ödənişlər hara gedir? Əlbəttə ki, Nərmin xanımın cibinə. Hətta həmkarların müəllimlər üçün ayırdıgı “putyovka”lar belə yüksək qiymətlə satılır, kimlərə satıldığını bilmirik. Müəllimlər tələb etdikdə isə, deyirlər yoxdur.
Kollecdə rüşvət, korrupsiya halları hədsizdir.
Təşkil olunacaq qeyri- qanini attestasiyanın sualları belə hərraca çıxıb. Bu attestasiya deyil, pul yığmaq üçün yaxşı vasitədir. Onda belə çıxır ki, bu direktor ölkədə nə istəyir edə bilər. Yüksək qurumlar isə buna göz yumurlar. Cənab Prezident, onda baş nazir, Elm və Təhsil Naziri nəyə lazımdır? Nərmin Qaralova hər ikisinin səlahiyyətini icra edir.
Nərmin Qaralova ölkədə iki nazirin səlahiyyətini öz icraatına götürüb. Belə ki, Publik hüquqi şəxsin nizamnaməsinin 8.1-ci bəndində kollecin ləğvi və ya yenidən təşkili Nazirlər Kabinetnin səlahiyyəti olsa da bu səlahiyyəti Nərmin Qaralova icra edir.
Kollecin nizamnaməsi onun təsisçisi olan Elm və Təhsil Nazirliyi tərəfindən verilir və bu nizamnamənin 4.2.9-cu və 4.3-cü maddəsində də bir daha göstərilir ki, təsisçi Elm və Təhsil Nazirliyi də kollecin ləğvi və yenidən təşkili üçün Nazirlər Kabinetindən göstəriş almalıdır.
Nərmin Qaralova nizamnamənin 4.12-ci bəndin tələblərini pozaraq kollecin mənafeləri üçün vəzifələrini düzgün yerinə yetirmir, qərəzli qərarlar verir. Eyni zamanda nizamnamənin 4.14.11-ci bəndin tələblərini pozaraq pul mükafatlarını mənimsəyir. Eyni zamanda kollecə məxsus idman zalını icarəyə verməklə nizamnamənin 5.4-cu bəndin tələblərini yəni, “kollecin əmlakından təhsildən kənar məqsədlər üçün istifadə qadagandır” bəndini və 5.10- cu bəndin tələblərini pozur. Onu da deyək ki, nizamnamənin 6.1 ci maddəsində kollecin fəaliyyətinə nəzarəti Elm və Təhsil Nazirliyi həyata keçirsə də, bu səlahiyyəti Nərmin Qaralova özü təkbaşına icra edir”.
Müraciətin mətni bundan ibarətdir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Mənbə: SİTAT.İNFO

Xəbəri paylaş