Yasamalda obyektlər söküldü, İcra Hakimiyyətindən AÇIQLAMA: “Qanunsuz tikililər idi, razılığa gələ bilmədik”-ÖZƏL FOTO
11-07-2024, 13:57 141 dəfə baxılıb
Bakının Yasamal rayonu ərazisindəki Şərifzadə küçəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yaşadığı ərazidə fəaliyyət göstərən obyektlər sökülüb.
Bəs görəsən buna səbəb nədir?
Qeyd edək ki, orada əvvəllər avtoyuma, təkər təmiri obyektləri fəaliyyət göstərirdi. Mövzu ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Şöbə müdiri Cəmil Qarayev saytımıza açıqlamasında bildirib ki, obyektlər illər öncə icazəsiz tikilib.
“Bilirsiniz ki, burada məcburi köçkünlərin vaxtilə yaşadığı yataqxanalar da var. Orada hazırda heç kim yaşamır. Biz bu binaları sökmürük. Biz sadəcə ərazidə qanunsuz tikilmiş obyektləri sökdük. Ona görə ki, şəhərin gözəlliyinə, ümumi görünüşünə xələl gətirirdi. Vaxtilə bu obyektləri necə gəldi tikiblər. Öncədən obyekt sahiblərinə xəbərdarlıq etsək də, heç bir razılığa gələ bilmədik. Bu ərazilər yataqxanaya məxsusdur, həmin obyekt sahibləri oranı qanunsuz olaraq zəbt etmişdilər. Yolu təmizləyib, hasar çəkəcəyik. O ki, qaldı yataqxananın sökülməsinə.. Bunu İcra Hakimiyyəti etmir, onun üçün ayrıca qurum var” deyə şöbə müdiri bildirib.

Xəbəri paylaş