Keçmiş gömrük şefi seçkilərə QATILIR? - İDDİA

 
17-07-2024, 11:49            138 dəfə baxılıb
Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyev bir müddətdir ki, Naxçıvanda yaşayır.
Əyalətmedia.az  vətəninfo.az-a istinadən xəbər verir ki, o, Naxçıvanda böyük biznes strukturlarını idarə edir. Bu işdə sabiq komitə sədrinə yaxın adamı olan Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin sabiq rəisi, gömrük polkovniki Fuad Əlizadə yardımçı olur. Saytın mənbəsi iddia edir ki, sabiq komitə sədrinə bağlı şirkətlər “APF Group” MMC halqasında birləşib. Şirkətin Bakıda ofisi olsa da, idarəetmə Naxçıvandan həyata keçirilir.

Bildirilir ki, son günlər Səfər Mehdiyevin ətrafındakı media resurslarının aktivləşməsi əbəs deyil. Belə ki, Səfər Mehdiyev Naxçıvandan parlament seçkilərinə qatılmaq istəyir. Sabiq komitə sədri 5 saylı Şahbuz-Babək dairəsindən namizədliyini irəli sürmək niyyətindədir. Qeyd olunur ki, hətta Səfər Mehdiyev bu dairədən namizədliyini irəli sürmək üçün razılıq alıb və bu dairədə Səfər Mehdiyev Siyavuş Novruzovu əvəz edəcək.

Səfər Mehdiyev də əslən naxçıvanlıdır.



Xəbəri paylaş


 
 


Xəbər lenti