"Semaşko"da şok hadisə: "Əkiz" uşaqlardan biri "yoxa çıxdı"- FOTO
17-07-2024, 13:49 133 dəfə baxılıb
Həkimlər tərəfindən əkiz uşağa hamilə qaldığı deyilən qadının başına doğuş zamanı iş gəlib.
Əyalətmedia.az Citypost.az-a istinadən xəbər verir ki, Mədinə Hacıyevaya hamiləlik dövründə uşağının əkiz olduğu deyilsə də,doğuş zamanı ona yalnız bir uşaq verilib.Bu barədə saytımıza məlumatı qadının özü bildirib.
“2024-cü ilin yanvarın 26-da həyatımın şokunu yaşadım. Uşaq dünyaya gətirmək üçün “Semaşko” xəstəxanasına aparıldım. Müalicə və müayinə həkimin Solmaz Mehdiyeva əməliyyata gəlmədiyi üçün doğuşu həmin günü növbədə olan Minurə Kazımova etdi. Əkiz uşağa hamilə olduğum halda, mənə bir oğlan uşağı dünyaya gətirdiyimi bildirdilər”,- deyə Mədinə Hacıyeva bildirib.
Mədinə Hacıyeva doğuş həkiminin bu sözlərindən sonra şok keçirib. Şikayətçinin sözlərinə görə, ona doğuşdan əvvəlki vaxtlarda da bir neçə yerdə edilən dopler müayinələri zamanı əkiz uşağa hamilə olduğu bildirilib. Ailə üzvləri də hazırlığı məhz iki uşaq üçün görüb.
"Mənim və yoldaşımın nəslində əkiz uşaq dünyaya gətirən şəxslər var. Yəni,mənim əkiz uşağa hamilə qalmaq şansım realdır. Müayinələr zamanı həkimlər bu diaqnozu dəfələrlə təsdiqləyib. Hətta doğuş günü “Semaşko”nun USM (Uzi) aparatında çalışan müayinə həkimi Zeynəb Osmanova da mənim əkiz uşağa hamilə olduğumu təsdiqlədi. Hətta doğuşdan bir neçə dəqiqə əvvəl uşaqların ürək döyüntülərinin hansı ritmlə vurduğunu da mənə bildirdilər...”.
Şikayətçi qadın daha sonra bildirib ki, bu hadisədən sonra aidiyyatı qurumlara şikayətlər edib. Müraciət etdiyi dövrdə Kliniki Tibbi Mərkəzin (“Semaşko” ) direktoru Könül Ələkbərovla da şəxsən görüşüb.
“Bu hadisədən sonra “Semaşko”nun rəhbəri ilə görüşdüm. O, mənə bildirdi ki, məsələnin tam araşdırılmasını təmin edəcək .Həmin görüşdən bir müddət sonra uzi həkimi Zeynəb Osmanova və klinikanın Cəmilə adlı əməkdaşı mənə pul təklif etdi ki, şikayətləri dayandırım. Təbii ki, mən bundan imtina etdim. Mənə övladımın lazım olduğunu bildirdim”,- deyə şikayətçi bildirib.
Fotoda Kliniki Tibbi Mərkəzin (“Semaşko” ) direktoru Könül Ələkbərov
Mədinə Hacıyevanın sözlərinə görə,dünyaya gələcək əkiz övladlarına Əbülfəz və Ağa adlarını da düşünüblərmiş. Bu gün Ağa onlarla olsa da,Əbülfəzi görmək onlara qismət olmayıb.
Mədinə Hacıyevanın şikayət əsasında Nəsimi Rayon Prokurorluğunda,rayon prokurorunun böyük köməkçisi,II dərəcəli hüquqşünas Vüqar Quliyevin rəhbərliyi ilə aparılan araşdırmadan sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.
Sayt məsələdə adı hallanan Kliniki Tibbi Mərkəzlə də əlaqə saxlayıb. Mərkəzin mətbuat xidmətinin rəhbədi Ruzbeh Gülümov ətraflı danışmaqdan imtina edib.
“Məsələ 6 ay öncə baş verib.Vətəndaş da müraciət edib,izah olunub.Əlavə mövqeyimiz yoxdur”,- deyə mətbuat katibi bildirib.

Xəbəri paylaş