Sərhədlərin çəkilməsi: Bakı bu prinsipi irəli sürür
19-07-2024, 11:01
Ermənistan hesab edir ki, ölkələrin sərhədləri SSRİ-nin dağıldığı vaxta yaxın olan xətt üzrə müəyyən edilməlidir. Azərbaycanın mövqeyi ipso-fakto (fakt əsasında) latın hüquqi postulatına, yəni 1989-cu ildə Ermənistan SSR tərəfindən Azərbaycan SSR ilə inzibati sərhədlərdən imtina faktına əsaslanır.Bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
“Lakin Ermənistan Azərbaycanla bağlı Almatı prinsiplərini tanımamasına baxmayaraq, 1920-ci il aprelin 28-dən 1991-ci ilin dekabrına kimi inzibati sərhədlərin bütün variantlarını əsas götürməyə hazırdır”, – o vurğulayıb.
Xəbəri paylaş



























