Məşhur firmaların dondurmaları insan sağlamlığına təhlükəli imiş - Ticarət mərkəzlərində YOXLAMA - FOTO

 
19-07-2024, 11:26            202 dəfə baxılıb




Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinq keçirib.
Qaynarinfo xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, monitorinq çərçivəsində götürülmüş nümunələrin sınaq nəticələrinə əsasən, daha üç yerli və beş idxal olmaqla, ümumilikdə, səkkiz dondurma məhsulunda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.
Uyğunsuzluq aşkar edilmiş məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı yeddi müəssisə barəsində məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərarlar qəbul edilib və icra üçün sahibkarlara təqdim olunub. Eyni zamanda dondurma məhsullarının satışdan kənarlaşdırılması və istehsalçı müəssisələrə geri qaytarılması ilə bağlı ticarət şəbəkələrinin rəhbərlərinə rəsmi qaydada xəbərdarlıq olunub.
Ümumilikdə, monitorinq müddətində uyğunsuzluq aşkar edilmiş 2809 ədəd dondurma məhsulunun ticarət şəbəkələrindən geri çağırılması, 2569 ədəd məhsulun isə məhv edilməsi təmin edilib. Hazırda bu istiqamətdə fəaliyyət davam etdirilir.
Uyğunsuzluq aşkar edilmiş dondurma məhsulu partiyaları aşağıdakılardır:



Məhsulun adıİstehsalçıİstehlaka yararsız məhsul partiyasıAşkar edilmiş uyğunsuzluq
“Saturn” əmtəə nişanlı karamelli və araxisli dondurma“Rich S.A” MMC30.01.2024-30.03.2025Enterobacteriaceae bakteriyası
“Vineto” əmtəə nişanlı qozlu dondurmaFiziki şəxs Yusubova Sərngül Kərəm qızı22.04.2024-22.02.2025Enterobacteriaceae bakteriyası
“Marka №1” əmtəə nişanlı şokoladlı plombir dondurma (çəki ilə satılan)Fiziki şəxs Məmmədov Arif Firudin oğlu04.05.2024-04.03.2025Enterobacteriaceae bakteriyası
“Сибхолод” əmtəə nişanlı şokoladlı qlazur ilə qaymaq dadlı plombir Eskimo dondurma“Tekaz” MMC, Rusiya Federasiyası12.07.2023-12.01.2025Enterobacteriaceae bakteriyası
“Qost Plombir” əmtəə nişanlı şokolad qlazurunda vanil ətirli Eskimo plombir dondurma14.07.2023-14.01.2025Enterobacteriaceae bakteriyası
“Woohoo!” əmtəə nişanlı çiyələk desertli dondurma“ANC Group” MMC, Belarus Respublikası25.03.2024-25.03.2025Enterobacteriaceae bakteriyası
“OE!” əmtəə nişanlı şokoladlı və kokoslu plombir dondurma“Klin-Pro” MMC, Rusiya Federasiyası08.04.2024-08.10.2025Enterobacteriaceae bakteriyası
“Русский холод” əmtəə nişanlı vanilli plombir dondurmaFiziki şəxs Babayev Elçin Ramizoviç, Rusiya Federasiyası02.04.2024-02.10.2025Enterobacteriaceae bakteriyası









Xəbəri paylaş


 
 


Xəbər lenti