Əmrullayyevlə Muradov arasında GƏRGİNLİK...

 
24-07-2024, 13:37            66 dəfə baxılıb
Elm və Təhsil Naziri Emin Əmrullayevlə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov arasında gərginlik var. Bu barədə müxtəlif çevrələrdə səslənən iddialardan belə aydın olur ki, məhz bu baxımdan ETN tərəfindən UNEC-lə bağlı fəaliyyətə süni əngəllər yaradılır ki, burada da məqsədlilik açıq-aşkardır.

Qeyd edək ki, elə dünən Dia-az.İnfo olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki filialından məzun olmuş tələbələrin hələ də diplomlarını ala bilməmələri ilə bağlı məlumat yaymışdıq.

YAZISI BURADA: UNEC məzunları ÇIXILMAZ DURUMDA: Bir ildir ki... - QANUNSUZ MAGİSTR TƏHSİLİ ALIRLAR...

Əmrullayyevlə Muradov arasında GƏRGİNLİK...

Belə anlaşılır ki, qeyd olunan UNEC filialının məzunları diplomlarını ala bilmədiklərindən hazırda magistr təhsilləri qanunsuz hesab olunur və onlardan haqlı olaraq diplomları istənilir.

Xatırldaq ki, anoloji problem keçən il də yaşanmışdı və həmin dövrdə yayılan məlumatlarda da deyilirdi ki, problem Təhsil Nazirliyi tərəfindən yaradılıb. Və iddia olunurdu ki, bu iddia qeyri rəsmi olsa da UNEC çalışanları tərəfindən diplom ala bilməyən narazı məzunların valideynlərinə bildirilib.

Təhsil nazirliyi isə öz mövqeyini belə əsaslandırırdı: “Guya uşaqların o vaxt filialdan universitetin əsas bazasına köçürülməsi düzgün həyata keçirilməyib. Axı, bu, necə ola bilər ki?! Bu uşaqların adları 4 il UNEC-in jurnallarında gedib, dövlət imtahanlarına buraxılıb, yəni hər şey qaydalara uyğun 4 il davam edib. Necə olur ki, bu illərdə nazirlik bu nöqsanı görməyib?”.

Əmrullayyevlə Muradov arasında GƏRGİNLİK...

Yəni düz bir il əvvəl gedən bu müzakirələrdən də aydın olurdu ki, əslində UNEC rəhbərliyi ilə ETN rəhbərliyi arasında bir sərinlik var. Və bu SƏRİNLİK yenə də anoloji problemi aktuallaşdırıb və yenə də məzunlar diplom problemi ilə üz-üzədir.

Hər halda, hansısa məmurun kimdənsə xoşu gəlməyə bilər... Amma bunun, yəni şəxsi münasibətlərin İŞ MÜSTƏVİSİNƏ transferi təhlküəlidir. Xüsusən də söz konusu elmimizdən, tələbələrin taleyindən gedirsə...

Məsələ diqqətimizdədir...









Xəbəri paylaş


 
 


Xəbər lenti