“3 nömrəli poliklinikadan şəkər dərmanlarımı ala bilmirəm, deyirlər ki, TƏBİB belə göstəriş verib” - ÖZBAŞINALIQ!
29-07-2024, 12:31 90 dəfə baxılıb
“3 nömrəli poliklinikadan 3 həftədir şəkər dərmanlarımı ala bilmirəm. Səbəb olaraq isə bunu deyirlər ki, 6 aydan bir gəlib həkim yoxlanışından keçməlisiniz. TƏBİB hər adama 10 min sığorta pulu verib. İndi bunları silmək lazımdır axı! Bütün şəkər xəstələrini 6 aydan bir məcburi şəkildə həkimdən keçirirlər ki, sığortanın pulları silinsin. Yoxlanışdan keçməyənlərə şəkər dərmanlarını vermirlər”
Bunu Moderator.az-a açıqlamasında şikayətçi Raifə Səfərova deyib. O daha sonra poliklinikada növbə sisteminin olmamasından gileylənib.
“3 həftədən sonra vaxt edib poliklinikaya getdim. 2 həkimdən keçdim. 3-cü həkim kardioloq Balakişi Quliyev orada canlı növbə yaradıb. Halbuki resepşında bizə növbə verilir. Mən 4-cü adam ola-ola, adını çəkdiyim həkim 12-ci, 8-ci adamı qəbul edir. Məni saxladır, gözlədir. Sonda əsəblərim dözmədi. Baş həkimin yanına qalxdım. Baş həkim yerində deyildi, onu müavini Füzuli Xəlilov əvəz edirdi. Vəziyyəti ona izah etmişəm. Mən şəkər xəstəsiyəmsə, dövlət bu dərmanları bizim üçün ayırıbsa, biz niyə gəlib onları vaxtlı-vaxtında götürə bilmirik?! Hələ də şəkər dərmanımı almamışam. Bir söz deyən kimi də deyirlər ki, TƏBİB bizə belə göstəriş verib. TƏBİB göstəriş verib ki, şəkər xəstələrini incidəsiniz?! Əgər mənim şikayətim varsa onsuz da həkimə gedəcəm. Yoxdursa mən niyə boş-boşuna həkimə getməliyəm ki? 6 aydan bir bu nə oyundur çıxarırsız? Niyə mənim sığortam boş-boşuna xərclənməlidir?!” deyə şikayətçi iddia edib.
Problemlə bağlı adıçəkilən poliklinika ilə əlaqə saxladıq. Poliklinikadan “Rəhbərlik hazırda iş yerində deyil, çölə çıxıb. Siz nömrə verin əlaqə saxlayacağıq. Yaxud da yarım saat sonra özünüz zəng edərək rəhbərliklə danışın. Mən sizə kömək edə bilməyəcəm. Şikayətlərin olması əlbəttə ki, normaldır” deyildi.
Yarım saat sonra, hətta bir gün sonra zəng edib problemə aydınlıq gətirmək istəsək də cəhdlərimiz boşa çıxdı. Poliklinikanın və adıçəkilən həkimin mövqeyini dərc etməyə hazırıq.

Xəbəri paylaş