“Azərenerji”dən bu şirkətə 5 milyon manatlıq - SİFARİŞ
30-07-2024, 10:21 108 dəfə baxılıb
“Azərenerji” ATSC “Qaz mühərrikləri üçün energetik yağların satın alınması (elektrik stansiyaların mühərriklərində mövcud olan energetik yağlara istehsalçının tələbinə və avadanlıqların istismar qaydalarına uyğun olaraq eyni markalı yağların əlavə edilməsi və ya yenilərinin tədarük olunması)” tenderinin nəticələrini elan edib.
Dia-az.İnfo xəbər verir ki, tenderin qalibi “Lubristar LLC” MMC olub.
Qalib şirkətlə 4 555 935 manat məbləğində müqavilə imzalanıb.
Bağlanmış müqaviləyə əsasən 391 000 litr həcmində Shell Mysella S5 N40 markalı qaz mühərriki yağı və 150 480 litr həcmində isə Shell Gadinia S3 40 markalı qaz mühərriki yağı satın alınacaq.
Qeyd edək ki, “Lubristar LLC” MMC 2011-ci ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Nəsib Şamilov Paşa oğludur. Hüquqi ünvanı AZ1012, Bakı Şəhəri Yasamal Rayonu, Şərifzadə, ev 213 B ünvanında yerləşir.

Xəbəri paylaş