Hidayətə bayrağımızı qaldırmağa icazə verilməyib - Şok video

 
30-07-2024, 12:48            87 dəfə baxılıb
Paris-2024 Yay Olimpiya Oyunları zamanı Azərbaycan və Qazaxıstan idmançılarının qələbəni bayraqla qeyd etməsinə icazə verilməyib.
Əyalətmedia.az xəbər verir ki, yayılan görüntülərdə azərbaycanlı cüdoçu Hidayət Heydərov və qazaxıstanlı Eldos Smetovun qələbə yürüşünü dövlət bayraqları ilə etmələrinə icazə verilmədiyi əks olunub.
Müqayisə üçün paylaşılan videoda ABŞ və Yaponiya idmançılarının qələbəni bayraqla qeyd etdikləri görünür. Lakin fransız qadın əməkdaşlardan birinin azərbaycanlı və qazaxıstanlı idmançılardan bayrağı almağa çalışdığı müşahidə edilir.
Bu təxribatın Ermənistanı öz bacısı adlandıran Fransanın Azərbaycana qarşı mövqeyindən qaynaqlandığı ehtimal edilir.
Xatırladaq ki, Azərbaycan cüdoçusu Hidayət Heydərov Olimpiya Oyunlarında 73 kiloqram, Qazaxıstan cüdoçusu Eldos Smetov isə 60 kiloqram çəki dərəcəsində çempion olublar.

Globalinfo.az



Xəbəri paylaş


 
 


Xəbər lenti