"Şlyapa Zahid"ə qarşı 24 milyonluq iddia qaldırıldı
2-08-2024, 10:47 119 dəfə baxılıb
Müdafiə Nazirliyinin 24 milyon 234 minlik mənimsəmədə ittiham olunan sabiq zabiti Zahid Niftəliyevin (Şlyapa Zahid) ilə növbəti məhkəmə prosesi keçirilib.
Əyalətmedia.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Zahid Niftəliyevin vəkili Əli Adıgözəlov məhkəməyə bir neçə vəsatət təqdim edib.
O bildirib ki, Zahid Niftəliyevin burada oturmasının əsas səbəblərindən biri "Ata Bank"ın İdarə Heyətinin sədri Dəyanət Quliyevdir:
"Xahiş edirəm ki, Dəyanət Quliyevin məhkəmədə dindirilməsi təmin edilsin. Eyni zamanda bu işin səbəbkarlarından biri də Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovdur. Nəcməddin Sadıkov ilə mərhum vergilər naziri arasında kreditin verilməsi ilə bağlı razılıq olub. Biz bununla bağlı istintaqa materiallar təqdim etmişik. Lakin istintaq Nəcməddin Sadıkovu dindirməyib. Xahiş edirəm ki, o məhkəməyə çağırılaraq dindirilsin".
Vəkil, həmçinin bildirib ki, “Ata Bank”ın xəzinədarı Barat Heydərov istintaqda Z.Niftəliyevə kassadan qeyd edilən məbləğdə vəsaiti çıxarıb verdiyini deyib.
Müdafiəçi həmin şəxsin də məhkəmədə dindirilməsini xahiş edib.
Dövlət ittihamçısı istintaq orqanı tərəfindən təmin olunan materialların əsaslı olduğunu, ona görə də verilən vəsatətlərin əsassız olduğunu bildirib.
Məhkəmə vəsatətlərlə bağlı qərarı elan edib. qərara əsasən, hazırkı mərhələdə vəsatətlər baxılmamış kimi saxlanılıb, lakin növbəti mərhələdə baxıla biləcəyi də vurğulanıb.
Proses zamanı “Ata Bank”ın nümayəndəsi Z.Niftəliyevə qarşı 24 milyon 234 min manat mülki iddia qaldırıb. Məhkəmə iddianı icraata qəbul edib.
Daha sonra prokuror ittiham aktını elan edib. Müttəhim Z.Niftəliyev özünü təqsirli bilməyərək ittihamı da qəbul etmədiyini deyib.
Həmçinin o, cinayət işinin materialları ilə tanış olmaq istədiyini bildirib.
Məhkəmənin növbəti iclası sentyabrın 25-nə təyin olunub.
Qeyd edək ki, Z.Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib və Tərtər Hərbi Məhkəməsi ona şərti cəza verməyib. O, azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.
Daha sonra Gəncə Apellyasiya Məhkəməsi prokurorun Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edərək Z.Niftəliyevi vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilib və o, 8 il 6 ay azadlıqdan məhrum olunub.
Bundan başqa Zahid Niftəliyev "Atabank ASC" dən götürdüyü 42 milyon manat kredit vəsaiti və dövlət rüsumunun ödənilməsi ilə bağlı çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qərəzli icra etməyib.
Qeyd edək ki, Z.Niftəliyev Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.

Xəbəri paylaş