Övladı itkin düşən erməni anası: "4 ildir ki, hamı bizə yalan danışır"

 
2-08-2024, 11:37            107 dəfə baxılıb
2020-ci ildə 44 günlük müharibədən sonra Eçmiədzinin bir batalyon hərbçisi itkin düşüb.
İtkin düşən hərbçilərin valideynləri oğulları haqqında hər hansı məlumat ala bilmirlər. Onlar illərdir müxtəlif idarələrin qapılarını döysələr də, edilən cəhdlər nəticəsiz qalıb. MTX, İstintaq Komitəsi, Hökumət, Müdafiə Nazirliyi onlara heç bir cavab vermir.
Bununla bağlı erməni mediası yazır ki, “Valideynlər oğullarının sağ olduğuna və əsirlikdə olduğuna əmindirlər. Çünki oğullarının olduğu çoxlu videolar görüblər. Ötən gün bir qrup valideyn yenidən Milli Səhiyyə Xidmətinə gedib. Lakin heç kim onları qəbul etməyib. Valideynlər İctimai Televiziyaya üz tutublar ki, onlara bir neçə dəqiqəlik efir vaxtı verilsin. Lakin televiziyadan da rədd cavabı alıblar.
“Kimya Bölməsi”nin itkin düşmüş hərbçilərindən birinin anası Karine Manavazyan bildirib ki, həmişəki kimi bu dəfə də heç kim onları qəbul etməyib və ən azı onların tələbinə qulaq asmayıb.
“Tələbimiz havada qalır və nə qədər davam edəcəyini bilmirik. Bizə dedilər ki, Milli Təhlükəsizlik Xidmətinin direktoru qayıdacaq, görüş təşkil edəcəyik, amma ortada heç bir yenilik yoxdur.
Nikol Paşinyana gəlincə, o, bizimlə görüşməyə razı deyil, bu ölkənin lideridir, amma bizi qəbul etmir. Düşünürəm ki, Nikol Paşinyanın deməyə sözü yoxdur, bizim məsələmizlə məşğul olmur ki, bir cavabı olsun. Paşinyanın yeganə cavabı budur ki, “azərbaycanlılar bu məsələdə erməni tərəfi ilə əməkdaşlığa razı deyillər, heç bir cavab vermirlər” deyən xanım Karine vurğulayıb.
4 ildir ki, hamı bizə yalan danışır, evə göndərir, deyir ki, işlə məşğul oluruq, amma nəticəsini görmürük. Yaxşı, dörd ildir hökumətimiz bu işlə məşğuldursa, niyə bizə heç olmasa bir cavab vermirlər?
İctimai televiziya şirkəti isə hakimiyyətə tabe olduğu üçün bizə efir vermir”, – deyə o, bildirib.
Erməni anası qeyd edib ki, artıq heç bir gözləntisi yoxdur, çünki hökumət 4 ildir onları aldadır.
“Hökumətin yeganə irəliləyişi odur ki, bəzi valideynlər ağrı və əziyyətdən dünyasını dəyişib, hökumətin işi asanlaşıb, şikayətçilərin sayı nə qədər az olsa, onlar üçün bir o qədər yaxşıdır”, – deyə o vurğulayıb.
Karine Manavazyan Anna Akopyanla görüşə cəhdindən də bəhs edib:
“Mənə o qadının adını qətiyyən deməyin. Sadəcə olaraq qərəzsiz mediadan xahiş edirəm ki, məsələmizi diqqət mərkəzində saxlasınlar, heç olmasa bu yolla məsələ gündəmdə qalsın, çünki o hakimiyyət bizim təsirimizdə deyil”.

KONKRET.az







Xəbəri paylaş


 
 


Xəbər lenti