Pomidor niyə bahalaşıb? - SƏBƏB MƏLUM OLDU
2-08-2024, 12:17 82 dəfə baxılıb
Azərbaycanda bəzi tərəvəzlərin qiyməti mövsümü başlayandan dəyişməz olaraq qalıb. Bir müddət əvvəl qiymətlərdə cüzi endirimlər olsa da, yenidən bahalaşma müşahidə olunur. Hazırda marketlər və bazarların piştaxtalarında təqdim olunan pomidorun qiyməti 1,5 manatdan başlayır. Bəzi yerlərdə bir kiloqram pomidor 4-5 manata təklif olunur. Xiyarın qiyməti isə 1-2,5 manat arasında dəyişir. Satıcılar topdansatış qiymətində dəyişiklik olmadığına görə məhsulları baha satmağa məcbur olduqlarını deyirlər.
Bəs, tərəvəzlərin qiyməti niyə "od tutub yanır"?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, qiymətin baha olması hazırda məhsulun qıtlığı ilə bağlıdır.
Onun sözlərinə görə, yay ayları olmasına baxmayaraq hökm sürən əlverişsiz hava şəraiti kütləvi şəkildə pomidor və ya xiyarın bazara çıxarılmasına imkan vermir: "İsti aylarda onsuz da xiyar zəif inkişaf edir. Həmişə yayda xiyar bir qədər baha olur. Yaz-payız aylarında isə xiyarın qiyməti ucuzlaşır. Amma pomidor hazırda ola biləcəyi qiymətdən çox bahadır. Bu da onunla bağlıdır ki, pomidor bazara az çıxır və tələb təklifi üstələyir. Yəni tələb çoxdur, təklif azdır".
Mütəxəssis əvvəlki illərdə ənənəvi olaraq həmişə bu ərəfələrdə Azərbaycandan pomidor ixrac edildiyini xatırladıb: "Amma indi gömrük bəyannamələrinə baxdıqda Azərbayana pomidorun idxal edildiyini görürük. Təbii ki, müəyyən qədər ixracımız da var, amma hər halda ölkə daxilində pomidor çatışmazlığı hiss olunur və buna görə də xaricdən idxal olunur. Ümid edək ki, qarşıdakı həftələrdə hava şəraiti düzələcək və pomidorun kütləvi yetişməsi başlayacaq. Belə olan təqdirdə kütləvi yetişmə və kütləvi yığım pomidorun qiymətini aşağı sala bilər. Amma bu baş verməyə də bilər".
A.Nəsirli qıtlığa rəğmən fermerlərin bazara əlçatanlıq səviyyəsinin aşağı olmasının ənənəvi problem kimi qaldığını vurğulayıb. O söyləyib ki, bu şəraitdə istehsalçının məhsulu özü gətirib bazarlarda sata bilməməsi qiymət artımına təsir göstərir.

Xəbəri paylaş