121 saylı Laçın seçki dairəsində seçki müaəmması Namizdələr niyə “buxarlanır” - İLGİNC
2-08-2024, 13:42 158 dəfə baxılıb
"Son günlər 121 saylı Laçın seçki dairəsində olduqca müəammalı hadisələr baş verməkdədir. Belə
ki, Hüseyn Səfərovun sədri olduğu dairədə Rövşən Muradov istisna olmaqla, digər namizədlər
tədricən “buxarlanmaqda”, “yoxa çıxmaqdadır”". Bu barədə Dia-az.İnfo-ya göndərilən məaqlədə deyilir.
Məaqlədə daha sonra bildirilir: "Nə sirdirsə, namizədlərin böyük əksəriyyəti
namizədliklərini irəli sürdükdən qısa müddət sonra Rövşən Muradovun xeyrinə namizədliklərini
geri götürdükləri ilə bağlı seçki dairəsinə müraciət edir, Hüseyn Səfərov isə bu ərziələri “çox
böyük həvəslə” “sabiq namizədlər”in sənədlərinə əlavə edir. İmtina ərizəsi yazmayanların
namizədlikləri isə “ucdantutma” ləğv edilir. Artıq 10 namizəd bu və ya digər şəkildə seçki
marafonundan çəkilib ki, bu da çox ciddi rəqəmdir.
Hələlik 121 saylı Laçın seçki dairəsində tam olaraq nəyin baş verdiyi məlum olmasa da, dairə
sədrinin Rövşən Muradovun deputatlğa gedən yolunu təmizlədiyi göz önündədir. Belə
olmasaydı, seçki prosesinə qatılan, bunun üçün seçicilərdən imza toplayan namizədlər bir-birinin
ardınca imtina ərizəsi yazmaq üçün sıraya düzülməzdi.
Bu baxımdan MSK-nın, eləcə də əlaqədar dövlət qurumlarının 121 saylı Laçın seçki dairəsində
baş verənləri nəzarətə götürməsinə ciddi ehtiyac var".

Xəbəri paylaş