5 il öncənin faciəvi qələti – Özgə torpaqda özgə mahnısı altında rəqsin acı bədəli
5-08-2024, 13:04 67 dəfə baxılıb
Ermənistan baş naziri Nikol Paşinyanın əlində məlum xəritə, vaxtaşırı 29.7 min kv km-lik “real Ermənistan”dan dəm vurmasına baxmayın. Düz 5 il öncə o, tamamən fərqli düşüncədə idi, fərqli “xəritə”ni təbliğ edirdi.
Söhbət keçmiş Dağlıq Qarabağın ərazisi də daxil, Azərbaycanın 20%-lik torpaqlarının Ermənistan kimi göstərildiyi 40 min kv km-lik “xəritə”dən gedir. Həmin qondarma xəritə hətta hakim “Vətəndaş Müqaviləsi” partiyasının təbliğat çarxında da əksini tapmışdı...
Yəni az öncəki (2016) “Aprel döyüşləri”ndə aldıqları xəbərdaredici siqnala rəğmən, yenə göylə gedirdilər. Suverenliyimizə və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyümüzə görünməmiş şəkildə lağ edirdilər.
Məhz o vaxt – 2019-cu il avqustun 5-də Xankəndində təşkil olunan təxribatçı “panerməni oyunları” zamanı N.Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını vermişdi. Bununla da o, Azərbaycanla sülh danışıqlarının mənasızlığını rəsmən, net şəkildə təsdiqləyərək, Bakıya konfliktin həlli üçün tək bir seçimi - hərbi yolu saxlamışdı.
Hələ biz Nikol Paşinyan hökumətində müdafiə naziri olmuş David Tonoyanın o vaxt Azərbaycanı hədələyərək, “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatını demirik. Baş nazir buna görə ona hər hansı irad bildirməmişdi.
Özü də Tonoyan həmin açıqlamanı ABŞ-da səfərdə olarkən səsləndirmişdi. Gör nə dərəcədə özlərinə, “məğlubedilməz erməni ordusu”na əmin-arxayın idilər...
Sonrası bəlli: “məğlubedilməz ordu” mifinin 44 günə darmadağın edilməsi, ağrılı “Dəmir yumruq” və 10 noyabr (2020) kapitulyasiya sənədi...
Azərbaycanın işğal altındakı Şuşasında, Azərbaycan “Yallı”sı altında rəqsin ağır bədəli olmalı idi və oldu da. Allah gec edər, güc edər. O zalımları, təcavüzkarları, ifrata varanları heç sevməz.
Əfsus ki, erməni ondan sonra da ağıllanmadı. “Sülh göyərçini” obrazına girən Nikol Paşinyan ötən ilin sentyabrında Qarabağdakı mifik qurumun “müstəqillik günü” münasibətilə xunta rejiminin cani başçılarına “təbrik” göndərdi.
Beləcə, sağalmaq istəyən köhnə “yara”nın üzünü axmaqcasına təzədən qopardı. Bu, artıq “məxməri baş nazir”in Azərbaycana qarşı ikinci böyük və bağışlanmaz siyasi səhvi, lap dəqiqi, sarsaqlaması idi.
Nəticə yenə özünü çox gözlətmədi. Həmin ay (2023) Azərbaycan Ordusu cəmi 23 saata separatçı-quldur rejimin varlığına yağlı nöqtə qoydu. Rusiya bədməramlı qüvvələrin arxasında gizlənən qanunsuz birləşmələr bircə günə darmadağın edildi. Onların 1.5 milyard dollarlıq (!) silah-sursatı və hərbi texnikası Azərbaycanın öhdəsinə keçdi...
Yalançının yaddaşı olmaz. Amma bizim hafizəmiz ki, yerində. Heç nəyi unutmamışıq. Onu da yaxşı yadda saxlayırıq ki, kapitulyant ölkənin konstitusiyası beynəlxalq hüquqa, BMT Nizamnaməsinə uyğunlaşdırılmayınca Nikolun sülh haqda bəyanatlarına və əlində tutduğu “real Ermənistan” xəritəsinə çürük qoz da düşməyəcək.
Nəhayət, biz rəsmi İrəvanın üzdəniraq Minsk Qrupundan nə üçün bərk-bərk yapışdığının, niyə onun rəsmən ləğvinin əleyhinə olmasının səbəbini də gözəl bilirik – bitməyən torpaq iddiası, sağalmayan “miatsum” mərəzi...
Özləri bilər. Amma qonşularla dinc-yanaşı, rifah içində yaşamağın formulu çoxdan bəlli. Paşinyanın xoşladığı velosipedi təzədən kəşf etməyə nə lüzum? Barışıq resepti 4 ildir masada.
Bir dəfə yazmışdıq, təkrarlamaqda haylar üçün fayda var: Azərbaycan xalqının barışıq əli illərlə havada qalası deyil. Özlərini yaxşı aparmasalar, günün birində sülh əli təzədən “dəmir qapaz”a da çevrilə bilər.
Zira, hər şeyin bir sonu gəlir. Bizim barbar ermənilərə münasibətdə “sizi sevəcəyik, siz sevməsəz də” kimi altruist lüksümüz yoxdur, heç vaxt da olmayıb və nida işarəsi!
Zahid SƏFƏROĞLU

Xəbəri paylaş