Xuraman Muradovanın ölkədən çıxışı qadağan edildi

 
5-07-2022, 11:59            80 dəfə baxılıb
“Milana Medical” MMC-nin rəhbəri, iş qadını və yazar kimi tanınan Xuraman Muradovanın ölkədən çıxışı məhdudlaşdırılıb.
“Əyalətmedia.az” “Kriminalqafqaz”a istinadən xəbər verir ki, buna səbəb onun dövlət büdcəsinə olan vergi və sosial ödənişlərini ödəməməsi olub.
Belə ki, Dövlət Vergi Xidməti məhkəməyə müraciət edərək X.Muradovanın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Ərizə onunla əsaslandırılıb ki, X.Muradovanın rəhbəri olduğu Milan Hospitalının (hospital “Milana Medical” MMC-ə məxsusdur) dövlət büdcəsinə ümumilikdə 7774 manat vergi və sosial ödənişlərlə bağlı borcu var.
X.Muradova məhkəməyə gəlmədiyindən işə onun iştirakı olmadan baxılıb. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə iddia təmin olunub. Hospital direktorunun ölkədən çıxışına qadağa qoyulub.
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin rəsmi saytında bu günə olan məlumatlara əsasən, “Milana Medical” MMC bütün vergi ödənişlərini ödəyib.
Xatırladaq ki, 57 yaşlı Xuraman Muradova 2009-cu ildən iş qadını kimi fəaliyyət göstərir. O əvvəlcə “Laçın” Klinikasının rəhbəri olub. 2014-cü ildən isə Milan Hospitalın baş direktorudur. Avropa Tibb Assosiasiyasinin fəxri üzvüdür.



Xəbəri paylaş


 
 


Xəbər lenti