Sumqayıt bələdiyyəsi şəhid anasının torpağını əlindən alıb

 
8-08-2024, 11:09            131 dəfə baxılıb
Sumqayıtda Şəhid anası Tağıyeva Gülçöhrə Seyid qızının torpaq sahəsi əlindən alınıb. Bu barədə Şəhid anası Tribunainfo.az-a göndərdiyi şikayət məktubda yazıb.
O bildirib ki, oğlu Qarabağ müharibəsində Şəhid olub. “2004-cü ildə Cənab
Prezidentə müraciətimdən sonra Sumqayıt şəhər Yaşıl Dərə yaşayış massivində mənim üçün ayrılan 8 sot torpaq sahəsini 2 övladım arasında bölüşdürdüm. Bir hissəsində övladlarımdan biri özünə ev tikdirdi, hazırda orada ailəsi ilə yaşayır”.
Şəhid anası yazır ki, yerdə qalan torpaq üzərində ikinci övladı üçün ev tikmək istəyəndə Sumqayıt bələdiyyəsinin əməkaşı Araz Məmmədxanov buna imkan verməyib. “O, dedi ki, burada uşaq baxçası tikiləcək”.
Amma bu ilin iyul ayında Samir adlı makler Şəhid anasına ayrılmış torpaq sahəsi üzərində əvvəlcə birinci, daha sonra ikinci evi inşa edib. “Ona etiraz etdim. Amma makler mənə dedi ki, həmin torpağı ona Sumqayıt bələdiyyəsinin əməkaşı Araz Məmmədxanovun vasitəsilə bələdiyyə sədrinin vəzifələrini icra edən Orxan Adıgözəlzadədən (050 252-50-09) alıb”.
Gülçöhrə Tağıyeva qeyd edir ki, hadisə ilə bağlı 102 xidmətinə şikayət ediblər. Lakin polisdən bildiriblər ki, onlar maklerlərin və bələdiyyələrin işlərinə müdaxilə edə bilmirlər.
Şəhid anası sonda Prezident İlham Əliyevdən kömək istəyib və ona verilmiş torpaq sahəsinin geri qaytarılıması və orada mənzil tikilməsinə şərait yaratmağını xahiş edib.



Xəbəri paylaş


 
 


Xəbər lenti