Bu şirkət Füzulidə söküntü işlərindən - 6 MİLYON QAZANACAQ
15-08-2024, 11:33
Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti “Füzuli rayonu, Pirəhmədli kəndinin tikintisi layihəsi çərçivəsində şaquli planlaşdırma və söküntü işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.Dia-az.İnfo xəbər verir ki, tenderin qalibi “Real-İnşaat” MMC olub.
Qalib şirkətlə 5 691 211 manat məbləğində müqavilə imzalanıb.
Xəbəri paylaş



























