YER ÜSTƏ KİMİN ƏLİ: Öz gözlərində tiri görmürlər... - BU DA FAKT!!!

 
16-08-2024, 11:47            107 dəfə baxılıb
Bir neçə gün əvvəl məlum oldu ki, Yerüstü Nəqliyyat Agentliyi (AYNA) kondisionerlərdən istifadə etməyən, sifariş edilən, amma ünvana fərqli avtomobildə gələn və bu kimi problemlərlə bağlı 65 taksi sürücüsünün fəaliyyətinə son qoyub.
Vətəndaş şikayəti əsasında görüldüyü deyilən bu tədbirlər içində kondisioner istifadə etməyən sürücülərin işdən çıxarılması diqqətimizi çəkdi.

Problem burasındadır ki, AYNA-nın özü şəhərin müxtəlif ərazilərində kondisionerli pavilyon dayanacaqlar yerləşdirib. Amma bu dayanacaqlardakı kondisionerlərin əksəriyyəti işləmir. Avtomat qapılar yararsız vəziyyətdədir. Ən azından bir səbəb kimi göstərilən kondisioner istifadə edilməməsinə görə taksi sürücülərini işindən kənarlaşdıran AYNA rəhbərliyi bəs görəsən, kondisioneri işləməyən dayanacaqlara görə niyə öz işindən istefa vermir? Öz işinə xitam vermir? Axı, qanunu elə özü pozmuş sayılır.

Biləcəri dairəsində yerləşən kondisionerli pavilyon dayanacaqdakı məlum problem barədə AYNA-nın Mətbuat Xidməti Bizimyol.info xəbər portalı tərəfindən bir ay öncədən məlumatlandırılmışdı. Qurumdan verilən cavabda bildirilmişdi ki, vəziyyətlə əlaqədar monitorinq keçirilir. Üzərindən bir ay keçməsinə baxmayaraq, dəyişən heç nə yoxdur. Ərazidən çəkdiyimiz videogörüntüləri izləyicilərimizə təqdim edirik.

Əslində, işinə xitam verilməli olan kimdir: kondisioner istifadə etməyən taksi sürücüləri, yoxsa bu qanunu pozan qurummu? Şərh sizindir.






Xəbəri paylaş


 
 


Xəbər lenti