Ərdoğan amfibiya təyyarəsinə görə İlham Əliyevə minnətdarlığını bildirib

 
26-08-2024, 11:22            105 dəfə baxılıb
“Mən Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirmək istəyirəm. Yanğınların söndürülməsi üçün təyyarə göndərdi. Bu təyyarə ilə yanğınları çox effektiv şəkildə söndürdük”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra etdiyi çıxışında bildirib.
Onun sözlərinə görə, ümumilikdə Türkiyə meşələrində baş verən yanğınların sayı 53 faiz artaraq 5 540-a çatıb:
“27 təyyarə, 105 helikopter və 5 mindən çox quru texnika yanğınların söndürülməsində iştirak edir. Təkcə 15-19 avqust tarixləri arasında 306 meşə yanğını baş verib. Müvafiq nazirlər daim yerlərdə olurlar. Mən də onlardan mütəmadi məlumat alıram”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyəyə göndərilib. Təyyarə hazırda Uşak-Eşme istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.



Xəbəri paylaş


 
 


Xəbər lenti