"Oliqarx Baku"-nun əyləncə mərkəzindən qumarxanaya aparan yolu- İDDİA

 
17-09-2024, 11:16            120 dəfə baxılıb
Azərbaycanda iaşə obyektlərində qumar oynamaq və oynatmaq qadağandır. Bunu edənlər isə qanun çərçivəsində sərt şəkildə cəzalandırılır. Son vaxtlar bu tip iaşə obyektləri artan sürətlə inkişaf edir. Hansı ki, belə obyektlər həm qanunları pozur həm də gənclərimizi.

Nərimanovda yerləşən "Oliqarx Baku" əyləncə mərkəzi də bu tip yerlərdəndir. Mərkəzin icarədarı Vüsal adında şəxsdir. Barların birində tanış olduğu Yetər adında xanımı obyektə gətirib qanunsuz əməllərinə ortaq edib. Vüsal həm də bu Yetər adlı xanıma görə öz halal həyat yoldaşından ayrılıb, onunla yaşamağa başlayıb.

Təbii ki, öz həyatlarıdır, özləri bilər və mövzumuz bu deyil. Keçək mövzumuza... Bu mərkəz təkcə qumarxana ilə deyil həm də əxlaqsız yuvası olmaqla tanınır. Əyləncə mərkəzi həm əxlaqsızlıq yuvasıdır həm də qumarxana. Bu isə qanunları pozmaq deyil həm də qanunları ayaq altına atmaq və ölkə qanunlarını tanımamaqdır. Aldığım məlumata görə "Oliqarx Baku" rəhbərliyi hansı masaya sanballı içkilər gəlirsə o müştərilərə qumar oynamağı təklif etməyi tapşırır.

Administratorlar şirin sözlərlə həmin müştəriləri qumar oynamağa dəvət edir, qəbul edən müştərilər isə başına gələcək olanlardan xəbərsiz qumar masasına keçir. Otağda qolu zorlu adamlar hərəkət edir, onların vəzifəsi qumarın pulunu ödəyə bilməyənləri digər otağa salıb təhdid etmək, pulu gətizdirənə qədər onları girov saxlamaqdır. Ödəyə bilməyən adamları həmin qolu zorlular vəhşicəsinə döyüb təhqir edir, şərəf və ləyaqətini alçaldaraq əzirlər.

Bu hələ son deyil. Daha betəri odur ki, icarədar Vüsal Bakıda "vorobskoy" söhbətlərə gedən, qol gücünə söhbət həll edən bir neçə nəfəri obyektə gətirərək onlara yüksək məbləğdə əmək haqqı verir. Təbii ki, adı əyləncə mərkəzi olan yerdə "leviy" əməkdaşlara yüksək əmək haqqı verən şəxsin onlardan gözləntisi də çox olur və o yüksək məbləğin qarşılığını da artıqlaması ilə alır deməli. Bəs nə edir bu "vorobskoy" adamlar?

Masalara gəlmiş yüksək məbləğləri ödəməyə pulu çatmayan və qumar masasında prinsipə düşüb daha çox oynayıb yüksək məbləğdə borca düşən adamları "əzişdirmək" və onları alçaltmaq. Hətta məlumata görə el dili ilə desək bir neçə nəfəri şampanski butılkası ilə tanış ediblər. Azərbaycan kimi bir ölkədə, Bakının mərkəzində belə hadisələr rəzillikdən başqa bir şey deyil. Bunlar necə rahat şəkildə bu qədər qanun pozurlar, kimə arxalanıb, kimə güvənirlər?

Bu kimi qanunsuzluqların baş alıb getdiyi bu məkan niyə illərdir rahat fəaliyyət göstərir və onlara "krişalıq" edən kimdir? Hansı məmurdur ölkənin qanunları ayaqları altına atan? Dövlətimiz təcili bu işə əl qoymalı, həm qumarxana və əxlaqsızlıq yuvası kimi tanınan "Oliqarx Baku"-ya müdaxilə etməli həm də onlara "krişalıq" edən o şəxsi müəyyən edib cəzalandırmalıdır.

Heç kim unutmasın ki, kreslosunda əyləşdiyi vəzifə heç kimə səlahiyyət çərçivəsini aşmağa icazə verə bilməz və bu ölkənin qanunlarından yan keçə bilməz. Gənclərimizi qumara sövq edən, onları müflisləşdirən və əyləncə mərkəzini əxlaqsızlıq yuvasına çevirən şəxslər ölkənin qanunları ilə tanış olsalar yaxşı olar.

Əziz dostlar, ölkəmizin gələcəyindən narahat olan yoldaşlar, bu məlumatı mümkün qədər yaymalıyıq ki, səsimiz ən yuxarılara çatsın və bu əxlaqsızlıq yuvası daha çox gəncimizin həyatını məhv etmədən qarşısı alınsın. Azərbaycanda heç kim qanunları tapdalaya bilməz və bunu hamı dərk etməlidir

Səsləndirilən ittihamlarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
azerbaycanrealligi.com








Xəbəri paylaş


 
 


Xəbər lenti