Mikayıl İsmayılov barəsində cinayət işi açılsın-Prezidentə müraciət
20-09-2024, 10:41 154 dəfə baxılıb
Haqqında bəhs edəcəyimiz Ağasən Babacan oğlu Hüseynov barəsində qısa məlumat verək.
Ağasən Hüseynov Ağsu rayonunun Çaparlı kəndində tanınmış el ağsaqqalı Babacan kişinin evində doğularaq boya-başa çatıb.
Özünün dediyinə görə, 1974-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə ali təhsilini Saratov Politexnik İnstitutunda alaraq mühəndis-mexanik ixtisasına yiyələnib və sənaye şəhəri adlanan Barakova şəhərində müxtəlif məsul vəzifələrdə çalışıb.
Özünün dediyi kimi 1990-cı ildə 20 Yanvar günü Moskva şəhərində ezamiyyətdə idim. Orada təsadüfən böyük rəhbərimiz Heydər Əliyevlə görüşdüm. O, mənimlə maraqlandı. Ona bildirdim ki, Ağsu rayonundan “Lenin ordenli“ Babacan kişinin oğluyam. Balakova şəhərində işləyirəm və sizin göstərişinizlə Saratov Politexnik İnstitutunda ali təhsil almışam. Ulu öndər əlimi sıxıb dedi ki, sən cəsarətli oğlansan. Dahi rəhbərlə görüşdüyümü bilən Qorbaçov hakimiyyəti mənim işimi ixtisara saldı. Bir sözlə, mən Əliyevçi olmuşam. Onun ideyalarını dəstəkləmişəm. Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gələrək Azərbaycanın müstəqilliyini qoruyub-saxladı, ölkəmizi parçalanmağa qoymadı, xalqımızı qardaş qırğınından xilas etdi. Azərbaycan iqtisadiyyatını gücləndirərək onu güclü dövlətlər sırasına gətirib-çıxardı. Möhtərəm prezidentimiz İlham Əliyev cənabları Ulu öndərin siyasi kursunu layiqincə davam etdirir. Mən bir azərbaycanlı kimi ölkə başçısının daxili və xarici siyasi kursunu dəstəkləyirəm. Çalışıram ki, bunu əməllərimlə sübut edim.
Son vaxtlar Ağasən Hüseynovun sosial şəbəkədə video-müraciətləri yayılıb. Onun əsas tənqid hədəfi SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılovdur.
Ağasən Hüseynov cənab Prezident İlham Əliyevə müraciət edərək Mikayıl İsmayılovun cinayət əməllərinin araşdırılmasını xahiş edir:
“ Mikayıl İsmayılov Ağsuda, Kürdəmirdə, Gədəbəydə 1000 hektarla torpağı ələ keçirib. Hara baxırsan Mikayılın torpaqlarıdır. Bu məsələ dövlət qurumları tərəfindən araşdırılsın. Bəlkə mən yalan deyirəm, şər atıram. Qoy yoxlasınlar. Dediklərim təsdiqini taparsa, Mikayıl İsmayılov barəsində cinayət işi açılsın.
Cənab Prezident, dərdimizi kimə deyək ?
Mikayıl İsmayılovun dövlətdən oğurladığı 100 milyonlar bu gün Qarabğda quruculuq işlərinə xərclənməlidir.Mən ona görə şikayətçiyəm ki, bu pullar dövlətə qaytarılsın.
Cənab Prezident, mən bu çıxışımla istəyirəm ki, siz Mikayıl İsmayılovun əməllərindən xəbərdar olasınız.
Möhtərəm Prezidentimiz !
Siz 200 il düşmənin zəbt elədiyi torpaqlarımızı azad etmisiniz, xalqa qaytarmısınız. Sizin xalqımız üçün nələr etdiyinizi mən yaxşı bilirəm. Mikayıl İsmayılov kimilər isə xalqın halal pay torpaqlarını əlindən alıb. Mikayıl İsmayılovun 30-dan artıq şirkəti var.
Cənab Prezident ! Mən 90-cı illərdə Ulu Öndərin yanında olan adamam.
Məndən soruşa bilərlər ki, niyə Mikayıl İsmayılovdan şikayətçisən?
Mənim tələbim odur ki, onun xalqdan və dövlətdən oğurladığı 100 milyonlar dövlətə qaytarılsın. Bu adam cinayətkardır, oğrudur…
NUH.az

Xəbəri paylaş