“Naxçıvana gedən yolda yoxlama olmayacaq” – Paşinyandan etiraf
20-09-2024, 11:32 137 dəfə baxılıb
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana Zəngəzur dəhlizi vədini verdiyini etiraf edib.
Bu barədə “Hraparak” qəzeti yazır.
“Paşinyan illərdir ictimaiyyəti əmin etməyə çalışsa da ki, Sünik dəhlizindən (Zəngəzur) söhbət gedə bilməz, belə bir razılaşma yoxdur, onun bu məsələdə prinsipial mövqeyi var, bu, onun qırmızı xəttidir, sentyabrın 18-də keçirilən Dünya Erməniləri Sammitində əksini söylədi. Paşinyan sözün əsl mənasında dedi ki, Ermənistan Bakıya dəhliz vermək istəyir. “Dəhliz” ifadəsini işlətmədi, “keçid” sözünü dilinə gətirdi, amma bu, mahiyyəti dəyişmir”, – məqalədə qeyd olunur.
Sitat: “Bizim sosial şəbəkələrdə, siyasi dairələrdə də belə müzakirələr gedir, deyirlər ki, o yol açılsa, növbəti xəyanət olar. Anlamıram, deməliyik ki, Azərbaycanın qərb və ya əsas hissəsi ilə Naxçıvan arasında öz ərazimizdən keçməyə icazə vermirik? Bu hansı məntiqdir? Bunu niyə deməliyik? Əksinə, biz hazır olduğumuzu deməli olduğumuza inanırıq və dediklərimizdə heç bir riyakarlıq yoxdur”.
Nəşr Ermənistan baş nazirinin keçidlə bağlı prosedurların sadələşdirilməsi mesajına da toxunub:
“Paşinyan söylədi ki, müəyyən prosedurlar sadələşdirilə bilər. Bu isə o deməkdir ki, insanlar və yüklər Azərbaycandan (əsas hissəsindən) Naxçıvana və əks istiqamətdə gömrük yoxlaması olmadan keçməlidir. Bu da Azərbaycanın tələbi və dəhliz məntiqidir”.

Xəbəri paylaş