“Bakı Şifer və Keramika” ASC ləğv olunur - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR

 
23-09-2024, 12:17            132 dəfə baxılıb
25.10.2024-cü il tarixdə “Bakı Şifer və Keramika” ASC -nin səhmdarların növbədənkənar ümümi yığıncağı keçiriləcəkdir.

FED.az xəbər verir ki, yığıncaq AZ1083, BAKI ŞƏHƏRİ QARADAĞ RAYONU, SAHİL ŞTQ, SALYAN ŞOSESİ, EV 10, KM 30 ünvanında baş tutacaq.

Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. “Bakı Şifer və Keramika” ASC-nin ləğv edilməsi.

2. İcra və idarəetmə orqanlarının ləğvi və tərkiblərinin azad edilməsi.

3. “Bakı Şifer və Keramika” ASC-nin səhmlərinin ləğvi və dövriyyədən çıxarılması.

4. “Bakı Şifer və Keramika” ASC-nin ləğv edilməsi barədə məlumatın “VERGİLƏR” qəzetində elan verilməsi.

5. Təsviyyəçinin təyin edilməsi.

6. “Bakı Şifer və Keramika” ASC-nin ləğv edilməsi barədə müraciət ərizəsinin müvafiq qurumlara təqdim edilməsi.

7.Diqər məsələlər.

İclasda birbaşa özünüz və ya səlahiyyətli nümayəndəniz iştirak edə bilər.

Əlaqə nömrəsi: +99450-363-55-75









Xəbəri paylaş


 
 


Xəbər lenti