“Baba Rzayevin qardaşı bizi təhdid edir...” – ŞİKAYƏT / VİDEO

 
24-09-2024, 11:50            155 dəfə baxılıb
“Baba Rzayevin qardaşı bizi təhdid edir...” – ŞİKAYƏT / VİDEO
Astara sakini “Azərenerji” ASC prezidentinin qardaşı Rahib Rzayevdən şikayətçidir
Astara rayonu, Ərçivan kənd sakini Məmmədov Müseyib Valeh oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, aiddiyyatı qurumlar müraciətinə baxmır:
“Bildirim ki, Xəzər rayonu, Zirə qəsəbəsində səhər saat 8-9 radələrində motosikletlə işə gedirdik. Normal sürətlə hərəkət etdiyim zaman qəfildən arxadan gələn avtomobil yanlış “manevr” etdi, qəza baş verdi.
Qeyd edim ki, heç kimim yoxdur, kirayədə qalıram. Beton işi görüb, günə 50-60 manat pul qazanıram.
Xəstəxanadan çıxandan sonra ayağım sarğıda idi. Həkim dedi ki, 20 gün ayağın sarğıda qalmalıdır. Mən 15 gün saxladım, baxanım yoxdur, ona görə məcbur idim.
Qəzaya düşməyimizə səbəb Ələddin adlı şəxs idi. O, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevin qardaşı Rahib Rzayevin tanışıdır. Rahib Rzayev məni işə aparan motosikleti sürən Siman adlı şəxsi təhdid etdi. Dedi ki, əgər bu söhbəti dərinləşdirsəniz sizə böyük problem yaradarıq.
3 dəfə DİN-in 102 xidmətinə məlumat verildi. Xəzər Rayon Prokurorluğuna müraciət edildi. Bizə dedilər ki, ərizə yazmalısınız. İşimizə baxılmadı.
Mərdəkan Rayon Polis İdarəsindən gəlib boş kağıza qol çəkdirdilər. Bir neçə gün bundan qabaq intihara cəhd etdim. 150 dərman içdim, amma ölmədim.
Rəsmi qurumlardan mənim işimə baxılmasını xahiş edirəm.
Qeyd edim ki, qəza aptekin kamelarına düşüb. Sahə rəisinə də müraciət etdik. Ümumiyyətlə, 1 nəfər maraqlanmadı, axtaran olmadı. Burda insan həyatından söz gedir.
Uşağım dünyaya gəldi, heç onu görə bilmədim. Elə vəziyyətə qoydular ki, ayağımı, əlimi hər yerdən kəsdilər. Motosikletə də 500-600 manat ziyan dəyib”.
Şikayətçinin redaksiyamıza göndərdiyi videonu da oxucularımıza təqdim edirik:
 

 



Xəbəri paylaş


 
 


Xəbər lenti