Göygöldə musiqi məktəbində qalmaqal – Direktor hamilə müəlliməni yerə yıxdı, vəziyyəti pisləşdi – Video
24-09-2024, 12:50 126 dəfə baxılıb
Göygöl rayon Xəqani kənd uşaq məktəbində gərginlik yaşanır.
GundemXeber.Az bildirir ki, gərginliyə səbəb məktəbin direktoru Nərgiz Həsənlinin fəaliyyətidir.
Bildirilir ki, Nərgiz Həsənli bu ilin aprelində direktor təyin edilib. Direktor kimi fəaliyyətə başladığı ilk gündən məktəbdə qalmaqal yaradıb.
“Sizə bəla gəlmişəm” deyən direktor elə ilk gündən müəllimlərə qarşı kobud davranış sərgiləyib.. Bu isə kollektivlə onun arasında mübahisəyə səbəb olub. Vəziyyət o həddə çatıb ki, Nərgiz Həsənli Xədicə Abbaslı adlı müəlliməni itələyərək yerə yıxıb. Həmin müəllimə hamilə olduğundan halı pisləşib. Müəllimlər dərhal təcili tibbi yardım çağırıb. Xədicə Abbaslı Göygöl Rayon Xəstəxanasına çatdırılıb. Orada ona ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərindəki Abbas Səhhət adına xəxtəxanaya aparılıb.
Sözügedən xəstəxanada Xədicə Abbaslıya hemotoma diaqnozu qoyulub.
Məlumata görə, hadisə baş verəndən sonra müəllimlər polisə məlumat verib. Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları dərhal əraziyə gəlib.
Faktla bağlı cinayət işinin başlandığı və iş materiallarının Göygöl Rayon Prokurorluğuna göndərildiyi bildirilir.
Bundan sonra prokurorluq məktəbdə 5 illik yoxlamaya başlayıb. Yoxlamanın nəricəsi olaraq müəllimlərin çoxu cərimələnib.
Amma Xədicə Abbaslı ilə bağlı iş araşdırılmamış qalıb.
Müəllimlərin cərimələnməsi və müvəqqəti olaraq işdən kənarlaşdırılmaları Nərgiz Həsənli üçün əlavə fürsətlər yaradıb.
O, işdən kənarlaşdırılan müəllimlərin yerinə işçi götürüb. Digər müəllimlərin isə dərs yükünü azaldaraq özünün işə götürdüyü müəllimlərə verib.
Bildirilir ki, Nərgiz Həsənlinin fəaliyyətindən narazı olan müəllimlər yaxın günlərdə Bakıya gələrək yuxarı orqanlara şikayət etmək niyyətindədirlər.
Reportyor.info bu iddialarla bağlı Nərgiz Həsənlinin də mövqeyini öyrənməyə çalışıb. Lakin bu, mümkün olmayıb.
Xəbəri paylaş