“Aqroeksport”: 2029-cu ilə qədər Azərbaycanda ərzaq məhsullarının elektron ticarəti 2,3 dəfə artacaq
30-09-2024, 11:36 110 dəfə baxılıb
2029-cu ilə qədər Azərbaycanda ərzaq məhsullarının elektron ticarəti 2,3 dəfə artacaq.
Bu proqnozla Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroeksport” mərkəzi çıxış edib.
Məlumata görə, 2023-cü ildə Azərbaycanda ərzaq məhsullarının elektron ticarətinin dəyəri 76 milyon ABŞ dolları təşkil edib. Bu rəqəmin 2024-cü ildə 92,7 milyon ABŞ dolları, 2025-ci ildə 111,6 milyon ABŞ dolları, 2026-cı ildə 132,1 milyon ABŞ dolları, 2027-ci ildə 152,5 milyon ABŞ dolları, 2028-ci ildə isə 172,5 milyon ABŞ dolları olacağı proqnozlaşdırılır.
“Azərbaycanın elektron ticarət sektoru hazırda aktiv inkişaf mərhələsindədir. Müxtəlif məlumatlara görə, ölkədə əhalinin 82 %-dən 88 %-ə qədəri internetdən istifadə edir. Bundan başqa, Azərbaycanda kredit və debet kartları ilə aparılan əməliyyatların sayı artır, bir çox otellər, restoranlar və mağazalar nağdsız ödəniş üsullarını qəbul edir. Ölkə hökuməti mobil və internet bankçılığın inkişafı, o cümlədən nağdsız ödənişlərin geniş yayılması üzərində fəal iş aparır ki, bu da sektorun inkişafına təkan verir”, – mərkəzdən bildirilib.
Eyni zamanda, mərkəzdə hesab edirlər ki, Azərbaycanın elektron ticarət bazarında əsas problemlər zəif inkişaf etmiş telekommunikasiya infrastrukturu, əhalinin texnoloji savadlılığının aşağı səviyyəsi, bahalı istehlak avadanlıqları və yüksək rabitə tarifləri olaraq qalır.
“Azərbaycan internetə qoşulma sürətinə və əlçatanlığına görə qonşu ölkələrdən geri qalır. 2023-cü ildə ölkə əhalisinin yalnız 10 %-i onlayn alış-veriş edib. Sektorda fəaliyyət göstərən bir çox şirkətlər məhsul və xidmətləri yalnız dəyəri tam əvvəlcədən ödəməklə təmin edir”, – məlumatda vurğulanıb.
Bildirilib ki, Azərbaycanda sektoru inkişaf etdirmək və istehlakçıların nağdsız əməliyyatların təhlükəsizliyinə inamını gücləndirmək üçün əməliyyatların izlənilməsini asanlaşdıracaq, o cümlədən kölgə iqtisadiyyatı çərçivəsində fəaliyyət göstərən sektorun payının azaldılmasına töhfə verəcək effektiv qanunvericiliyə ehtiyac var.

Xəbəri paylaş