Hakim Hilal Xəlilova qarşı rüşvət iddiası – İNAM KƏRİMOVA MÜRACİƏT
1-10-2024, 11:40 100 dəfə baxılıb
Ucar rayonu, Bərgüşad kənd sakini Abdullayev Ələddin Yasin oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli cənab sədr!
Mən mətbuat vasitəsi ilə Sizə müraciət edərək bildirirəm ki, Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuz əməllərlə məşğul olur.
Belə ki, mən üç ilə yaxındır Ucar Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Ucar rayon Bərgüşad kəndində yerləşən və mənə məxsus 1200,05 kvadratmetr həyətyanı və 799 kavadratmetr kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə hasar çəkilməsinə mane olmasının cavabdehlər Rəsulova Xanım Alı qızına, Rəsulova Şəfəq Faxrəddin qızına, Abdullayeva Nəzakət Yasin qızına və Əhədova (Abdullayeva) Tahirə Yasin qızına qadağan olunması və cavabdehlərin həmin hasarı çəkmək üçün yaratdıqları manelərin aradan qaldırılması barədə qətnamə qəbul etməsini xahiş etmişəm. Üç ilə yaxındır Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilov yekun qərar vermir, müxtəlif bəhanələrlə məni süründürməçiliyə salır.
Hörmətli cənab sədr!
Məni iyul ayında Sizə mətbuat vasitəsi ilə müraciət etdim. Müraciətimin səhəri günü hakim Hilal Xəlilov bir gün ərzində tələm-tələsik həm məhkəmə ekspertizası təyin etdi, həm də həmin ekspert tərəfindən sözügedən ərazidə ekspertiza keçirildi. Artıq ekspertizanın keçirilməsindən üç ay keçib. Bu müddət ərzində dəfələrlə Ucar Rayon Məhkəməsinə müraciət etsəm də, məhkəmə iclasının vaxtının təyin olunması uzadılır. Hakimin köməkçisi mənə deyir ki, ekspertin rəyi təsdiq edilməsi üçün Bakı şəhərinə Ədliyyə Nazirliyinə göndərilmişdir. Onu təsdiq edən şəxs xəstələnib işə çıxmır. Ekspertizanın rəyi nə vaxt təsdiq olunub məhkəməyə qayıtsa, o zaman məhkəmə iclasının vaxtı təyin olunacaq.
Mənə belə məlum olur ki, cavabdehlər Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilova rüşvət veriblər. Bu rüşvət müqabilində hakim Hilal Xəlilov yekun qərarı vermək istəmir. Ona görə də müxtəlif bəhanələrlə bu məhkəmə işini gecikdirir. Fikirləşir ki, artıq ahıl yaşdayam, mən ölənə kimi belə məhkəmənin yekun qərar verməsini uzadacaq. O, bunu rüşvət müqabilində edir. Bu hakim Hilal Xəlilov tərəfindən mənə qarşı edilən hakim saxtakarlığı, özbaşınalığı və korrupsiya əməlidir. Korrupsiya əməlləri ilə məşğul olan Hilal Xəlilov kimi hakim dərhal tutduğu vəzifədən azad edilməli və barəsində cinayət işi başlanılmalıdır.
O, mənim iddiamı rədd edə bilmir. Ona görə ki, əlimdə kifayət qədər konkret subutlarım var. Belə ki, 2017-ci ildə mən belə iddia tələb ilə Ucar Rayon Məhkəməsinə müraciət etmişəm və Ucar Rayon Məhkəməsinin 2(063) -60/2018 saylı 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə mənim iddia tələbim təmin edilmişdir. Hal-hazırda olan məhkəmə mübahisəsində göstərilən predmet eynidir. Yəni eyni torpaqdır. Yalnız cavabdehlər fərqli adamlardır. O zaman cavabdeh başqa adam idi. Yəni hal-hazırda olan cavabdehlərin atası, əri və qardaşı idi. Bu şəxs dünyasını dəyişib.
Hazırda hakim Hilal Xəlilov məhkəmə iclası keçirsə məcburdur ki, mənim iddia tələbimi təmin etsin, ona görə də məhkəmə iclasını keçirməyi müxtəlif bəhanələrlə yubadır. O, rüşvət aldığına görə belə edir. Rüşvətxor Hilal Xəlilov məhkəmənin hakimi kimi yox, az qala cavabdehlərin vəkili kimi çıxış edir. Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilovun bu hərəkəti ədalət simvolu olan hakim üçün biabırçılıqdır. Bu biabırçılığı aradan qaldırmaq üçün hakim Hilal Xəlilov qanuni qaydada cəzalandırılmalıdır.
Hörmətli cənab sədr!
Mən mətbuat vasitəsi ilə Sizdən xahiş edirəm, korrupsiya əməlləri ilə məşğul olan hakim Hilal Xəlilov barəsində ciddi tədbir görəsiniz”.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xəbəri paylaş