500 manatlıq kitab aparan nazir müavini kimdir? – Bakıda inanılmaz olay
4-10-2024, 12:33 114 dəfə baxılıb
Bir neçə gündür X Bakı Beynəlxalq Kitab sərgisinə start verilib. Hər sərgidə tədbirlə bağlı mediada və sosial şəbəkələrdə müzakirə gedir. Əsas arqument Azərbaycanda kitaba marağın az olması, sərgiyə çox ziyarətçinin gəlməməsi ilə bağlı olur.
Əyalətmedia.az xəbər verir ki, bu dəfə də eyni hal baş verdi. Sərgiyə az adamın gəldiyi, gələnlərin kitab almadığı vurğunlanır.
Amma bunların içində ən qəribəsi “Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlunun dedikləri olub. O, sosial media hesabında paylaşım edərək bunları qeyd edib:
“Beynəlxalq Kitab Sərgisi başlayıb. Hardadı nazirliklərimiz? Hardadı böyük şirkətlərimiz? Bağça uşaqlarını kitab sərgisinə gətirməklə hesab edirsiniz ki, işinizi bitirdiniz? Bir nazir müavini gəlmişdi, dedi ki, “ən böyük hədiyyə kitab hədiyyəsidir”. 500 manatlıq kitab yığdı, heç bir ödəniş etmədi”.
Maraqlıdır, sərgiyə gəlib, 500 manatlıq kitab aparan nazir müavini kimdir? Araşdırmalarımız davam edir.
Şahbaz Xuduoğlu sərgiyə gələnlərin əksəriyyətinin məktəb və bağça uşaqları olduğunu deyib. O, böyük şirkətləri, nazirləri, deputatları və diplomatları sərgidə iştirak etməyə dəvət edib.
Globalinfo.az
Xəbəri paylaş