DİN-in HƏRBİ HOSPİTALINDAN QOVULAN HƏRBÇİ SABUNÇU XƏSTƏXANASINDA BAXIMSIZ QALIB – Həyat yoldaşından rəsmi qurumlara müraciət / Video
8-10-2024, 12:58 115 dəfə baxılıb
Naxçıvan şəhəri, Şərur rayonu, Arbatan kənd sakini Vurğun Qasımovun ailə üzvləri tərəfindən “Hürriyyət”ə şikayət məktubu daxil olub.
V.Qasımovun Naxçıvan Şəhər Daxili Qoşunlarında müddətdən artıq hərbi qulluqçu (“MAXE”) olaraq 8 ildir xidmət etdiyini deyən şikayətçi bildirir ki, o, sentyabrın 27-də sağlıq durumu ilə bağlı Naxçıvandakı Hərbi Hospitala yerləşdirilib. Bir gün sonra Bakıya göndərilib.
Həyat yoldaşı hazırda Sabunçu Xəstəxanasında müalicə olunan Vurğun Həsənovun baxımsız vəziyyətdə qaldığını iddia edir.
Şikayətçinin video-müraciətini olduğu kimi dərc edirik:
Xəbəri paylaş