Rafail Mehrəliyevin növbəti tender oyunu-Milyonlar belə silinir…..
11-10-2024, 13:59 138 dəfə baxılıb
Bakı Şəhəri İcra Hakimiyyətinin tərkibində fəaliyyət göstərən Mənzil-Kommunal Xidməti daha bir tenderini reallaşdırmağa hazırlaşır.
XALQ.AZ məlumat verir ki, MKX ön suvarma sistemli küçə yuyan su avtomobilinin satın alınmasını həyata keçirəcək.
Dünən açıqlanan tenderin nəticələrinə görə, Rafael Mehrəliyevin rəhbəri olduğu qurum “AZ-TEX-IMPORT” MMC ilə 179 min manatlıq satınalma müqaviləsi imzalayıb.
Qeyd edək ki, “Az-Tex-Import” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 226 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlkin İbadullayev Sahib oğludur. Hüquqi ünvanı AZ1142, Bakı Şəhəri Xətai Rayonu, Telnov, ev 2347/48, m. 290 ünvanında yerləşir. İlkin İbadullayev isə “Az-Tex-Import” MMC-nin direktoru Samir İbadullayevin qardaşı oğludur.
Nəzərinizə çatdıraq ki, bu, şirkətin Rafael Mehrəliyevlə ilk tenderi deyil. Məlumatlara görə rəsmi qaynaqlarda “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Kommunal təyinatlı texnikaların satın alınması” tenderini də 16 iyul 2024-cü ildə sözügedən şirkətə verib. Bu məqsədlə “Az-Tex-Import” MMC ilə 31,4 milyon manatlıq satınalma müqaviləsi imzalanıb.
Açıq mənbələrdə BŞİH MKX-nin rəhbəri Rafael Mehrəliyevin adı bir sıra qalmaqallı məsələlərdə hallanır. Onların arasında korrupsiyadan tutmuş, qanunların pozulmasına qədər bir sıra məsələlər var.
Həmçinin qeyd edək ki, Rafail Mehrəliyev bir necə müddət öncə elan etdiyi tender ləğv olunub. Belə ki, idarə 199.900,26 manatlıq dəftərxana və təsərrüfat mallarının satın alınmasını reallaşdırmaq niyyətində olub. Lakin AİİNBX qanun pozuntusuna görə tenderi ləğv edib.

Xəbəri paylaş