Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində İLGİNC `İSLAHATLAR` - NƏ BAŞ VERİR?
30-10-2024, 12:06 127 dəfə baxılıb
Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılov Abşeron su təsərrüfatı sahəsinə yeni rəis təyinatı idarədə təkcə ixtisarlara görə deyil, həm də yeni təyinat və vəzifədən azad olunanlarla gərginlik yaradıb.
Mia.az-ın əldə etdiyi məlumata görə, Abşeron Suvarma Sistemləri İdarəsi ilə Abşeron Sukanal İdarəsinin birləşdirilərək, yerində yaradılan Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə Şəmkir Suvarma Sitsemləri idarəsinin rəisi Etibar Nəbiyevin rəhbər təyinatından sonra qurumda xeyli vəzifəli şəxs postlarından azad ediliblər.
Məlumata görə, yeni rəis Etibar Nəbiyev Abonent işləri şöbəsinin fakturalama qrupunun mühəndis qrup rəhbəri Səbuhi Mustafayev vəzifədən çıxarıb, onun yerinə Tahir Şəmiyev gətirilib: "Bundan əlavə, Texniki şərtlərin verilməsi şöbəsinin rəisi Zeynalov İbrahim Hüsü oğlu da vəzifəsi ilə vidalaşıb. Etibar Nəbiyev onun yerinə 450 km aralıdan - Gəncədən kadr gətirib. O, bununla da kifayətlənməyib. Nazim Fərzəliyev də Bas mühəndis vəzifədən çıxarılıb, onun da yerinə əyalət rayonlarının birindən təyinat həyata keçirilib".
Müsahibimiz deyir ki, adıçəkilənlərlə yanaşı, Kadrlar şöbəsinin rəisi Nəzakət Mursaqulova da vəzifədən uzaqlaşdırlıb: "Başqa vəzifədən azad edilənlər də var. Onlarla yanaşı, idarə rəisi Etibar Nəbiyev ilk gündən Abşeron Bağlar idarəsindən gətirdiyi və qeyri-rəsmi səlahiyyət verdiyi Həzrət Abbasovu, nəhayət, özünə müavin təyin edib. Bu təyinata qədər müavin olan Elnur Əliyev isə vəzifəsindən azad olunaraq, digər əmrlə Abonent işləri şöbəsinin rəisi təyin olunub...".

Xəbəri paylaş