"Unibank"-ın rəhbəri Eldar Qəribovun Fransa "sevgisi" - FOTO

 
18-11-2024, 12:03            146 dəfə baxılıb
"Unibank"ın 1 milyona yaxın müştərisi var. Əksəriyyət kredit götürmüş və həyatını bir növ kreditə xərcləyən insanlardır. Sizin ödədiyiniz kreditlərlə "Unibank"ın rəhbəri Fransada dəbdəbəli mülk alır, oğlu isə Karib adalarında və Monakodakı (Monte Karlo) kazinolarda qumar oynayır.
TEREF yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz sosial şəbəkə səhifəsində yazıb. Daha sonra jurnalist yazır:
Eldar Qəribov "Unibank"ın əsas səhmdarı, Müşahidə Şurasının sədridir, Malta vətəndaşlığı var, Fransa prezidentinin fərmanı ilə bu ölkənin ali mükafatı - “Fransanın Fəxri Legion Kavaleri ordeni” ilə təltif olunub.

Azərbaycanla Fransa arasında dərin çatlar bankirin bu ölkədəki lüksünə təsir göstərməyib. Onun dəyəri bir neçə milyon avro olan "Floriana" adlı sevimli villası və əmlak şirkəti "siyasətə qarışmır".

Eldar Qəribov ötən il bankda səhmlərini 7.31 faiz artıraraq 91 faizə yüksəldib. Bu işdə ona yaxın dostu, Fransanın Nisada şəhərində qapı qonşusu olan işadamı Bəylər Məmmədov kömək edir.

Bəylər Məmmədov və kürəkəni Kamal Hacıyev (deputat Sabir Hacıyevin oğlu) Maltada təsis etdiyi LENSTOR ENTERPRISES LTD şirkəti üzərindən Lüksemburqda sahib olduğu "Canley Finance SA" maliyyə şirkəti vasitəsilə səhmlərinin bankın 7.31 faizini digər səhmdardan alıb, sonra Lüksemburq şirkəti adından əsas səhmdara satır. Yəni sol əli boynunun arxasından aparıb sağ qulağını qaşıyıb. İctimaiyyətə elə təqdim olundu ki, guya Eldar Qəribov səhmləri xarici şirkətdən alıb. Ola bilsin ki, Eldar Qəribov bununla təkcə ictimaiyyəti deyil, bankın digər səhmdarı olan Avropa Yenidənqurma və İnkişaf Bankını və Almaniyadakı tərəfdaşını da aldadıb.

Eldar Qəribovun oğlu İlkin Qəribli 2015-ci ildən birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır və dünyanın ən məşhur kazinolarının daimi müştərisidir.

O zaman ailəsi ilə Baham adalarında istirahət edərkən dostları İlkini kazinoya aparıblar.
"Poker News"un məlumatına görə bankirin oğlu o zaman 25 min "stavka" ilə 1.105.040 dollar və bir ədəd lüks "Style" saatı udub.

O vaxtdan Eldar Qəribov oğunu qumardan ayıra bilməyib.
Cavanşir Həsənli
Əyalətmedia.az  olaraq iddia ilə bağlı qarşı tərəfində mövqeytini dərc etməyə hazırıq!








Xəbəri paylaş


 
 


Xəbər lenti