Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək?

 
18-11-2024, 14:00            93 dəfə baxılıb
Un və un məhsulları şirkəti olan “Karmen” MMC cərimələnə bilərTribunainfo.az xəbər verir ki, MMC-nin İnzibati Xətalar Məcəlləsinin vergilər, rüsumlar, maliyyə və sığorta qaydaları əleyhinə olan 464-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə görə, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

“Karmen” MMC ilə bağlı iş baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilib. 27 noyabr tarixində hakim Mirsadiq Seyidovun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, un və un məhsulları istehsalçısı olan “Karmen” MMC şirkəti sabiq deputat Əsabil Qasımova məxsus olduğu bildirilir.



Xəbəri paylaş


 
 


Xəbər lenti