"Dokta"ya yazılan protokola baxılacaq tarix açıqlandı - Mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərmanlar...
19-11-2024, 12:16 94 dəfə baxılıb
"Dokta" MMC-yə inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, sənədə Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın sədrliyi ilə noyabrın 28-də baxılacaq.
Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 221.1-ci (Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
Qeyd: MMC-nin qanuni təmsilçisi Elməddin Fəxrəddin oğlu Muxtarovdur.

Xəbəri paylaş