Müşfiq Həsənovun rəhbərlik etdiyi "Uber-Azərbaycan" yenidən məhkəmə qarşısında

 
20-11-2024, 11:57            112 dəfə baxılıb
"Uber-Azərbaycan" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.
 
Pravda.az-ın xəbərinə görə, sənədə Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun sədrliyi ilə dekabrın 3-də baxılacaq.
 
Xatırlatma: "Uber Azərbaycan" MMC barəsində protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 326-2.4-cü (Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri olmayan daşıyıcıya, habelə müvafiq buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
 
Qeyd: 2015-ci ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Müşfiq Vaqif oğlu Həsənovdur.
 



Xəbəri paylaş


 
 


Xəbər lenti