FHN 10 evin bərpasına yarım milyon xərcləyəcək
20-11-2024, 13:12
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub.Valyuta.az xəbər verir ki, tender Ağsu rayonunda 9 ədəd, Şamaxı rayonunda 1 ədəd fərdi yaşayış evlərinin bərpası ilə bağlı idi. Tenderin qalibi "Baku Building" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin dəyəri 572 min 467 manatdır.
Xəbəri paylaş



























