Aptekdə qadın işçisini döyən müdirlə bağlı ŞOK DETALLAR ÜZƏ ÇIXDI
25-11-2024, 14:46 21 dəfə baxılıb
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsinə yaxın apteklərdən birinin müdir xanım işçisini vəhşiçəsinə döyüb və yerdə sürüyüb. Bakuplus.az hadisənin təfərrüatlarını əldə edib.
Əldə etdiyimiz məlumata görə, hadisə 3 ay əvvəl baş verib. Aptekin müdiri Elnur Cabbarov işçisi Aysel Kərimanovanı döyüb. Aysel Kərimova bununla bağlı Nəsimi rayonu 22-ci polis şöbəsinə şikayət ərizəsi verib. Elnur Cabbarov şikayətlə bağlı polis idarəsinə çağırılan zaman Aysel Kərimova şikayətini geri çəkib. Rəsmi qaydada ərizə yazaraq üzrxahlıq edib və bir daha Elnur Cabbarovdan şikayətçi olmayacağını təsdiqləyib.
Üzərindən bir müddət keçdikdən sonra aptekin müdiri Elnur Cabbarov orada işləyən digər xanıma qarşı zorakılıq edib. Həmin xanımın yoldaşı bundan xəbər tutduqdan sonra aptek müdiri ilə əlaqə saxlayıb. Elnur Cabbarov deyib ki, həmin xanım Aysel Kərimovanı döydüyüm video görüntüləri sosial şəbəkələrdə yayıb. Qadının yoldaşı məsələni görüşüb həll etmək üçün aptek müdirini Nərimanov rayonuna çağırıb.
Görüşdə tərəflər arasında mübahisə düşüb. Mübahisə dava ilə nəticələnib. Bundan sonra, həm qadının yoldaşı, həm də aptekin müdiri Elnur Cabbarov bir-birindən qarşılıqlı Nərimanov rayon 18-ci polis şöbəsinə şikayət edib. Hazırda hər iki tərəfin izahatları alınıb, müvafiq ekspertizalar təyin edilib.
Əlavə bir məlumata görə, aptekin müdiri Elnur Cabbarov qadının ərinə şərt qoyub. Bildirib ki, o zaman şikayəti geri çəkərəm ki, sən yoldaşından boşanasan. Bu şərtlə də qadının yoldaşı razılaşmayıb. Bakuplus.az faktla bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb. Bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Xəbəri paylaş